Şrift ölçüsü:
A+
A
A-
10 Ocak 2016

Ruhaniyyətə qarşı çirkin oyunlardan biri

Rifah mədrəsəsinin banında edam edilən SAVAK məmuru
İlahi dəyərlər və bəşəriyyətin düşmənləri, beynəlxalq imperializm və sionizmin təxribat mərkəzləri İslamın aparıcı qüvvəsi olan mübariz ruhaniləri və fəal dindarları sadəlöhv insanların gözündən salmaq üçün heç bir addımdan çəkinməyiblər. Müxtəlif dövrlərdə kütləni arxasınca apara biləcək, ictimai fikrə təsirli ruhanilər və alimlər ən çirkin şəkildə şərlənib.
Khatteemam.com öz minbərləri, çıxışları ilə məşhur olan mərhum Ayətullah Məhəmmədtəqi Fəlsəfinin İmam Xomeyniyə (r) dəstək verməsindən dolayı hansı təxribatlarla üzləşdiyini yada salır. Öz söhbətlərində İmam Xomeynini himayə edən şücaətli alim şahın xəfiyyə idarəsi olan SAVAK-a çağırılır. SAVAK-da üçüncü fiqur sayılan Nemətullah Nəsiri onu qəbul edir və tutduğu yoldan çəkinməyə çağırır. Ayətullah Fəısəfinin qarşısında peşəkarlıqla montaj edilmiş saxta fotolar qoyur. Bu şəkillərdə Ayətullah Fəlsəfinin kənarında qadınlar görünür. Alimə xəbərdarlıq edilir ki, şah rejiminin tələblərini qəbul etməsə, bütün ölkədə rüsvay ediləcək. Ayətullah Fəlsəfi fotolara baxıb deyir: “Mənim tənqidim dini vəzifədir, əmr be məruf, nəhy əz münkərdir. Mən İslam və müsəlmanlara qarşı olan addımları tənqid edirəm. Əgər mənə minbəri, çıxışı qadağan etsəniz, çarəm yoxdur. Amma minbərə gedəcəyim zaman bu dini vəzifəyə də əml edəcəyəm... ” Beləcə, Nəsiri Ayətullah Fəlsəfini razı sala bilmir və saxta fotolar ölkənin ən ucqar nöqtələrinə yayılır. Şərqi Azərbaycanda saxta şəkilə qarşı etuirazlar yaranır və SAVAK-ın başını itirmiş Şərqi Azərbaycan idarəsi bir məktubla etiraf edir ki, fotolar montaj edilib.
İqilabın qələbəsindən sonra Nemətullah Nəsiri İmam Xomeyninin xüsusi hökmü ilə Rifah mədrəsəsinin banında edam edilir.

Vilayet.nuraz.in
7383 بازدید
در حال ارسال اطلاعات...