İnsanın üç atası var: onu dünyaya gətirən ata, ona qızını əqd edən ata, ona elm öyrədən ata – kəlamına hədis kitablarında rast gəlinməsə də, alimin, elm öyrədənin cəmiyyət üzərindəki haqqı barədə rəvayətlər çoxdur. Bəzən sual verirlər ki, bir insan gördüyü iş müqabilində maaş, zəhməthaqqı alırsa, ona hörmət göstərmək nə üçündür? Bu gün ucqar kəndlər var ki, müəllim çatışmazlığı yaşanır. Uşaqlar uzun yol keçib qonşu kəndlərdə məktəbə gedir. Bir müəllim bu çətinliyi qəbul edib ucqar kəndə gedirsə, ona ehtiramın yeri var. Bundan əlavə müəllimlik çətin və az qazanclı peşədir. Çox müəllimlər işini sevdiyi üçün bu peşəni atmır. Bu fədakarlıq da ehtirama layiqdir. Müəllimlik yolunda Ustad Mütəhhəri kimi şəhadətə çatanlar da var. İnsanın öz həyatından keçməsini pulla ölçmək insafsızlıq olar.
UNESCO-nun qərarı ilə hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Amma müxtəlif ölkələr öz tarixinə, şəxsiyyətlərinə önəm verərək fərqli günlərdə Müəllimlər Günü keçirir. İran İslam Respublikasında da bu manasibət qeyd edilir, amma 12 ordibehiştdə! 12 ordibehişt Şəhid Mütəhhərinin şəhadət günüdür. İnqilabdan qabaq Əbülhəsən Xanəli adlı müəllimin etiraz aksiyasında qətlə yetirilməsi də həmin günə təsadüf edilirdi və bu gün Müəllimlər Günü kimi qeyd olunurdu. Müəllimlərin qədrini bilək.
Vilayet.info