Şrift ölçüsü:
A+
A
A-
02 Mayıs 2016

İran Suriya dövlətini ona görə himayə edir ki...

Fələstin İslam Cihad Hərəkatının baş katibi R. Abdullah Ayətullah Xameneinin qəbulunda
Cənab Rəhbər Ayətullah Xamenei Fələstin İslam Cihad Hərəkatının baş katibi Ramazan Abdullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə buyurub:
Bu gün regionda gedən müharibə 37 il öncə İran İslam Respublikasına qarşı başlamış müharibənin davamıdır. Bu qarşıdurmada Fələstin məsələsi əsas məsələdir. İran İslam Respublikası keçmişdə Fələstinin müdafiəsini özünə vəzifə bilib, gələcəkdə də bu vəzifəyə əməl edəcək.
İslam İnqilabının qələbəsindən öncə mübarizə zamanı Fələstinə dəstək və sionist rejimlə mübarizə zərurəti İmam Xomeyni tərəfindən dəfələrlə təkrarlanıb.
Amerika rejionda öz iqtidarının zirvəsində olanda İslam İnqilabı qələbə qazandı. Zahirdə üstünlük Amerikanın tərəfində olsa da, İslam İnqilabı regionun şəraitini dəyişdi.
İmperializm cəbhəsi çalışır ki, regiondakı qarşıdurmanı şiələrlə sünnilər arasında qarşıdurma kimi göstərsin. İran Suriya dövlətini ona görə himayə edir ki, bu dövlətlə vuruşanlar Amerika və sionist rejimin mənafelərinə xidmət edirlər.
Livan Hizbullahı düşmənin təxribatlarından zərər görməyəcək qədər güclüdür. Bu gün sionist rejim Hizbullahdan həmişəkindən artıq qorxur. Bu mübarizədə eniş-yoxuşlar olsa da Allahın Onun dininə yardım edənlərə vədi qüvvədədir və qələbə labüddür.

Vilayet.info
6612 بازدید
در حال ارسال اطلاعات...