Şrift ölçüsü:
A+
A
A-
05 Temus 2016

FİTRƏT BAYRAMI

Bu gün Allahın oruc və namazını qəbul edən üçün gerçək bayramdır
Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə, xüşu ilə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır. Bu bayram maddi və dünyəvi bayramlardan deyil. Bu, Allahın rəhmət bayramıdır. Bu, Allahın məğfirət bayramıdır. Bu, ramazan ayını Haqqa ibadətlə, əzəmətli ilahi ziyafətə daxil olmaqla keçirən, ramazan ayında öz gücü, imkanı həddində zikrdən, duadan, təvəssüldən, xüşudan, orucdan və namazdan faydalanan insanların təşəkkür bayramıdır. Bu, müəyyən bir müddəti ibadət və riyazətlə keçirən, ilahi mükafata ümidlə, bağışlanmağa ümidlə Fitr gününə yetən müsəlmanların bayramıdır.
Süveyd ibn Qəfələ İmam Əlinin (ə) səhabələrindəndir. Onun Əmirəlmömininin (ə) dostlarından olduğunu yazırlar. O, deyir: Fitr günü İmam Əlinin (ə) evinə getdim. Onun qarşısında süfrə açılmışdı və həzrət (ə) yemək yeməklə məşğul idi. Həzrətin (ə) qarşısına çox sadə yemək qoyulmuşdu. Elə bir yemək idi ki, ən az imkanlı adam belə hazırlaya bilərdi. Misal üçün, bir az süd, bir az da unu qarışdırırdılar. Tam yoxsul yeməyi idi. Dedim: "Ey Əmirəlmöminin! Siz bayram günü nə az əhəmiyyətli, ucuz yemək yeyirsiniz? Adətən camaat bayram günü ən yaxşı yeməklər yeyirlər. Siz bu yeməklə kifayətlənirsiz? Həzrət (ə) buyurdu: "Bu gün bayram günüdür. Bu bayram Allah tərəfindən bağışlananlar üçündür. Yəni bu günün bayram olması rəngarəng yeməklər yeməklə, uşaq tək şadlıq etməklə deyil. Bu, ilahi məğfirətə nail olanlar üçün həqiqi bayramdır". Əmir əl-Möminin digər bir kəlamında buyurur: "Bu gün Allahın oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah) olmursa, o gün bayramdır". ("Nəhc əl-bəlağə", hikmət 420) Bizim günah etmədiyimiz gün bayram və şadlıq günüdür. Əlbəttə, Fitr bayramında bir-birimizi təbrik etmək tövsiyə olunmuşdur. Yeni geyimlər geyinmək, o günü bayram və şadlıq etmək tövsiyə olunmuşdur. Amma bu bayramın özəyi mənəviyyata diqqətdən, əfv diləməkdən, Allahdan bağışlanmaq istəməkdən ibarətdir.

Ayətullah Seyid Əli Xamenei
4749 بازدید
در حال ارسال اطلاعات...