Şrift ölçüsü:
A+
A
A-
06 Temus 2016

Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır

İnsan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir
İnsan özünü necə tanıya bilər?

Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını tanımışdır” (“Qurərul-hikəm”.)

Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: “Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.” (“Ənam”,75.)
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
4628 بازدید
در حال ارسال اطلاعات...