Şrift ölçüsü:
A+
A
A-
05 Auğustos 2016

İMAM SADİQİN (Ə) NƏZƏRINDƏ ŞİƏ

Əhli-beyti sevmək şiə olmaq üçün kifayət deyil
Həqiqi şiə ilə Əhli-beyt aşiqinin fərqi

Həqiqi şiənin özünəməxsus xüsusiyyətləri var və onlar bu xüsusiyyətlərlə tanınırlar. Əhli-beyti sevmək şiə olmaq üçün kifayət deyil. Həqiqi şiə olmaq üçün danışıq, rəftar, ibadət və sair sahələrdə məsum imamların yolunu getmək zəruridir. «Şiə» sözü Quranda da işlədilmişdir. Həzrət Nuhun əhvalatından sonra buyurulur: «Şübhəsiz ki, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi». («Saffat» surəsi, ayə 83.)
Əhli-beyti sevmək həqiqi şiə olmaq deyil. Məsələyə aydınlıq gətirmək üçün rəvayətə müraciət edək. İmam Rizanın (ə) vəliəhdlik məsələsi ortaya çıxdığı zaman o həzrəti Mərv şəhərinə gətirdilər. Camaat dəstə-dəstə onun təbrikinə gəlirdi. Camaat elə hesab edirdi ki, bu iş Əhli-beytin qələbəsidir. Bir müddət sonra İmamın görüşünə gəlmiş şiələri gözətçi qapıda saxlayıb soruşdu ki, siz kimsiniz? Onlar cavab verdilər ki, biz imamın şiələriyik. Gözətçi İmamdan icazə almaq üçün getdi. O, İmama ərz etdi ki, gələnlər sizin şiəniz olduqlarını deyirlər. İmam Riza (ə) onları qəbul etmədi. Bu adamlar üç gün ardıcıl İmamın görüşünə gəlsələr də, İmam görüşdən imtina etdi. Onlar anladılar ki, İmamın imtinasında bir məna var. Gözətçiyə yalvardılar ki, bu işin səbəbini öyrənsin. Gözətçi İmamdan soruşdu ki, ey mənim mövlam, bu insanları qəbul etməməyinizin səbəbi nədir? İmam buyurdu: «Onlar şiə olduqlarını iddia edirlər. Həqiqi şiələr Salman və Əbuzər kimi olur. Bu insanlarda isə həqiqi şiə əlaməti yoxdur. Onlara de ki, onlar həqiqi şiə yox, sadəcə, Əhli-beyti sevənlərdir». Bu insanlar aşiq idilər. Ona görə də işin səbəbini öyrəndilər. Hansı ki, şiəlik iddiasında olanların çoxu həvəsdən düşüb geri qayıdardı. Qəlbində Əhli-beyt məhəbbəti olanlar bu məhəbbətdən istifadə edib həqiqi şiə olmaq üçün çalışırlar.
6312 بازدید
در حال ارسال اطلاعات...