Şrift ölçüsü:
A+
A
A-
02 Ekim 2016

"Göz yaşı dəsmalının həqiqəti"

Dəsmalları öz əli ilə kəfənin arasına qoyub
Həzrət İmam Zeynul-Abidinin (ə) qara dəsmalı

Məhəmməd Hənəfiyyə Şamdan qayıtmış karvanı qarşılamaq üçün Mədinədən çölə çıxdı. Ucadan fəryad çəkərək özündən getdi. Atdan yerə yıxıldı. Qulamı onu tez İmam Zeynul-Abidinə (ə) çatdırdı və hadisəni həzrətə (ə) xəbər verdi.
İmam Zeynul-Abidinin (ə) əlində qara dəsmal var idi və o dəsmalla gözlərinin yaşını sildiyi bir halda xeymədən çölə çıxdı. İmam (ə) Kərbəla hadisəsini əmisi Məhəmməd Hənəfiyyəyə danışarkən gözlərindən yaş axırdı və həmin qara dəsmalla göz yaşlarını silirdi. (“Əşgi xunun dər sugi İmam Huseyn (ə)”, səh. 513)

Fəqihlər ustadı Mirzə Cavad Təbrizinin qara dəsmalı

Ayətullah Təbrizinin vəfatından sonra övladları onun vəsiyyətinə əməl etmək dəsmallarını axtarsalar da tapa bilmirlər. Amma kəfənin arasını açdıqda dəsmalları kəfənin arasında görürlər. Məlum olur ki, Ayətullah Təbrizi xəstəxanaya getməzdən öncə dəsmalları öz əli ilə kəfənin arasına qoyub. (“Alimani şəhri əxlaq”, səh. 16)

Ayətullah əl-üzma Mərəşi Nəcəfinin göz yaşı dəsmalı

Cəddim Hüseynin (ə) və onun əziz Əhli-Beytinin (ə) matəmində çoxlu göz yaşları axıtdığım və üzümün yaşını quruladığım dəsmalı kəfənlə birgə sinəmin üzərinə qoymağınızı vəsiyyət edirəm. (Mərhum Mərəşi Nəcəfinin vəsiyyətnaməsi)

Hazırladı: Seyid Zahir
6759 بازدید
در حال ارسال اطلاعات...