Şrift ölçüsü:
A+
A
A-
15 Ekim 2016

HƏDİYYƏ SAHİBİNİ TANIMAQ

Mənim üçün göndərdiyin məktub və hədiyyə hələ də durur.
Yüksək vəzifəli dövlət adamları tez-tez Ayətullah Behcətlə görüşərdilər. Bir gün yenə dövlət əmniyyət adamlarından biri onunla görüşmək üçün qabaqcadan vaxt almışdı. Həmin şəxs onunla gələn bir-neçə nəfərlə birgə intizar otağında oturub Ağa Behcəti gözləyirdi. Ayətullah Behcət otağa daxil olanda yüksək vəzifəli şəxsdən soruşdu: “Siz haralısınız?” Dedi: Tehran şəhərindən. Ayətullah Behcət yenidən soruşanda, həmin şəxsin yanındakılar dedilər: Tehranda işləyir. Ağa Behcət dedi: “Ölkədən xaricdə?” Yenə o şəxsin dostları istehza ilə gülümsünərək dedilər: Bu adam Tehranda olur. Birdən həmin şəxs nə isə xatırlayıb dedi: Amerikanı deyirsiniz? Bəli, orada olmuşam. Ayətullah Behcət buyurdu: “Mənim üçün göndərdiyin məktub və hədiyyə hələ də durur.” O şəxs çox təəccüblə dedi: “Ağa, on yeddi ildən sonra bu şey hələ də yadınızdadır! Mən o hədiyyəni tələbə olduğum vaxtlarda sizin üçün göndərmişdim. Axı bu necə ola bilər? Siz ki, məni bu vaxta qədər görməmisiniz? Onun yanındakı adamlar bu sözləri eşidəndə, heyrətə gəlir və bu ilahi şəxs haqqındakı yanlış fikirlərindən xəcalət çəkirlər.
Ürəyi Allah nuru ilə işıqlanana, neçə illər bundan əvvəl baş vermiş hadisəni və ya üzünü görmədiyi hədiyyə sahibini tanımaq çətin deyil.
5466 بازدید
در حال ارسال اطلاعات...