Şrift ölçüsü:
A+
A
A-
05 Nisan 2014

Vaşinqton (ABŞ) sakinləri ayaq altda

ABŞ dünyada yeganə ölkədir ki, onun paytaxt sakinlərinin səsvermə hüququ yoxdur

BMT İnsan Haqları Komitəsi öz dördüncü dövri hesabatında Amerikada insan haqlarının durumu ilə bağlı Ağ Evə xəbərdarlıq edib. Dövlətdən tələb olunub ki, Vaşinqton sakinlərinin seçki hüququnu tanısın və konqresdə Vaşinqtonun nümayəndəsinə yer verilsin.
BMT komitəsi vətəndaşlıq haqları və siyasi hüquqular maddəsinə istinad edərək Vaşinqton sakinlərinin hüquqlarının tapdanması ilə bağlı narahatlığını bildirib. Belə ki ABŞ konqresi və ABŞ senatında Vaşinqton sakinlərinin təmsilçisi yoxdur və bu istiqamətdə heç bir addım atılması nəzərdə tutulmur. BMT komitəsi ABŞ dövlətindən yazılı şəkilədə tələb edib ki, şəhər sakinlərinin seçki hüququ təmin edilməlidir.
Vaşiqtonun 646 min sakini seçki hüququndan, konqresdə təmsilçi hüququndan məhrumdur. “Hər vətəndaş bir səs” şüarı ilə ibtidai hüquqlqrını tələb edən, bu tələblə dəfələrlə aksiya keçirən Vaşiqton sakinlərinin səsini hələ ki eşidən yoxdur.
BMT-nin insan haqları bəyannaməsinin 25-ci maddəsi ABŞ dövləti tərəfindən də qəbul edilmiş hüquqular nəzərdə tutur. Qanuna əsasən hər bir vətəndaşın ölkənin taleyi ilə bağlı çıxarılan qanunlara münasibət bildirmək hüququ var. Vətəndaş konqresdəki nümayəndəsi vasitəsi ilə ölkənin siyasi həyatında iştirak edir. Bütün bunları nəzərə alan BMT İnsan Haqları Komitəsi Vaşinqton sakinlərinin hüquqlarının pozulması ilə bağlı AĞ Evə rəsmi etirazını bildirib.
Mütəxəssislər bu fikirdədir ki, Vaşinqton sakinlərinin hüquqlarının pozulması ölkədəki milli və irqi ayrıseçkiliklə bağlıdır. Vaşiqton əhalisinin 60 faizini, təqribən 400 min nəfərini Afrika mənşəli qaradərililər təşkil edir. Bu şəhər sakinlərinin səsvermə hüququna malik olmaması məhz bu faktorla əlaqələndirilir. Vaşiqton sakinləri 1791-ci ildə konqres yaranan gündən seçki hüququna malik olmayıb. 170 il kütləvi etirazlardan sonra 1961-ci ildə bu şəhər sakinlərinə prezident seçkilərində iştirak etmək və konqresin nümayəndələr palatasında təmsil olunmaq hüququ verilib. Amma şərt qoyulub ki, Vaşinqton nümayəndəsinin konqresdə səsvermə hüququ olmayacaq. Senatda isə hətta səs hüququ olmayan təmsilçi yoxdur. Hazırda Vaşinqtonun qaradərili nümayəndəsi xanım Elinor Norton konqresdə iclaslarda iştirak edir, müzakirələri dinləyir, amma səsvermə hüququ yoxdur.
Vaşiqton sakinləri 1998-ci ildə səsvermə hüququ tələbi ilə hərəkat yaratdılar. Amma hərəkat çoxsaylı aksiyalara baxmayaraq heç nəyə nail olmayıb.
ABŞ dövləti bəhanə gətirir ki, Vaşiqton müstəqildir və heç bir ştatın tabeçiliyində deyil. Nümayəndə hüququ isə ştatlara məxsusdur. Nümayəndəni şəhər yox, ştat seçməlidir. Amma bu bahənələr tam əsassızdır. Ölkə vətəndaşının seçki hüququ istənilən bir şəraitdə təmin olunmalıdır. Hərəkat rəhbərlərindən olan Eyler Jerka deyir ki, Vaşinqton sakinləri ildə milyardlarla dollar vergi ödəyir və konstitusiyanın 16-cı maddəsinə əsasən yalnız seçki hüququ olan ABŞ vətəndaşı vergi ödəməlidir. Hərəkat rəhbəri seçki hüququ təmin olunmayan Vaşinqton sakinlərini vergi ödəməməyə çağırıb. Jerka konqresin müstəqil şəkildə Vaşinqton sakinlərinin pozulmuş hüquqlarını təmin etmək imkanına malik olduğunu vurğulayıb. O deyib: “ABŞ dünyada yeganə ölkədir ki, onun paytaxt sakinlərinin səsvermə hüququ yoxdur. Biz Amerika xalqı və dünya ictimaiyyətindən kömək istəyirik.” Hərəkat rəhbərləri ölkə və dünyanın Vaşinqton sakinlərinin ibtidai hüquqlarının pozulmasından xəbərsizliyini bu qanunsuzluğun əsas amillərindən sayır. Hərəkat rəhbərliyi BMT insan haqları komitəsinin hesabatını yaymaqla dünyadan kömək istəyir.
ABŞ Xarici İşlər Nazirliyi hər il dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabat yayır. Bu aksiya tam siyasidir və hesabatda Ağ Ev həmişə dünyadakı müxaliflərini hədəfə alır.

Nur-az.com
5890 بازدید
در حال ارسال اطلاعات...