
Əlminar şəbəkəsinin bir müxbir və iki əməkdaşı Suriyada qətlə yetirilib. Suriyanın Məlula məntəqəsində baş vermiş terror hadisəsi barədə Livanın Əlminar şəbəkəsi özü xəbər yayıb. Bu xəbəri Farnews LBCnews şəbəkəsinə istinadən Əlminarın adından paylaşıb. Əlminar Məlula məntəqəsində üç işçisinin qətlə yetirilməsini təsdiqləyib. Agentlik bildirir ki, televiziya işçiləri Məlula şəhəriində terrorçuların hücumuna məruz qalıb. Bu gün Suriya ordusu Məlula şəhərinə daxil olub. Şəhərin əksər kvartalları terrorçulardan təmizlənib.
Nur-az.com