Şrift ölçüsü:
A+
A
A-
20 Ocak 2017

ALLAHIN TƏYİN ETDİYİ QƏZAVÜ-QƏDƏR VƏ QİSMƏT

Allah-taala azad işlərin müqəddimələri üçün də xüsusi şərtlər təyin etmişdir
Sual: “İnsan ixtiyar sahibi olmağa məcburdur!” – müddəsı barədə nəzəriniz nədir?

Biz Allahın təyin etdiyi qəzavü-qədərə və qismətə inanırıq; yəni ölçü, yaxud əşya üçün ölçü və miqdar təyini. Allahın müəyyən etdiyi təqdir məxluqların idarə olunmasından ibarətdir. Belə ki, təqdir fenomenlərə təsirlidir və bu, təbii olaraq hər hansı bir fenomenin uzaq və yaxın olmasını nəzərə almaqla bir-birindən seçiləcəkdir. Necə ki cins, növ, şəxs və şəxsin halətləri də bir-birindən fərqlənəcəkdir. Məsələn, insanın ümumi təqdiri və taleyi yer üzündə müəyyən bir vaxta qədər həyat sürməsidir. Hər bir şəxsin təqdirlərindən biri bundan ibarətdir ki, ata və ana vasitəsilə dünyaya göz açsın. Eləcə də, insanın ruzisində, həyat problemlərində və ixtiyari işlərində təqdir onların hər biri üçün xüsusi şəraitin yaranmasından ibarətdir. Həqiqətdə, Allahın müəyyən etdiyi təqdir və qismətin mənası budur ki, Allah-taala hər hansı bir məxluqu zəruri xüsusiyyətləri, şəraiti, ölçünü, qeydi-şərti, həddi-hüdudu və istedadları nəzərə alaraq vücuda gətirir. (“Fürqan” surəsi, ayə: 2; “Qəmər” surəsi, ayə: 49; “Yasin” surəsi, ayə: 38; “Muminun” surəsi, ayə: 18; “Əla” surəsi, ayə: 3.)
Bu təqdir insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bizim ixtiyar sahibi olmağımız, ixtiyari olaraq yerinə yetirdiyimiz əməllər və ixtiyari işlərimizin müqəddimələri hər hansı bir varlığın özünəməxsus dairədən gerçəkləşməsinə bənzəyir. Bu da Allahın müəyyən etdiyi təqdirdir. Məsələn, (ixtiyari əməl sayılan) danışıq mütləq özünəməxsus gerçəkləşməli və danışıq forması almalıdır. Buna görə də, Allah-taala nəfəs borularını, qırtlağı, səs tellərini, dili, dişləri və dodaqları yaratmış, bu üzvləri (azad əməl sayılan) danışığın gerçəkləşməsi üçün müəyyən etmişdir.
Allah-taala azad işlərin müqəddimələri üçün də xüsusi şərtlər təyin etmişdir. Məsələn, insanın qidalanması üçün bədəndə bəzi üzvlər yaratmış və onların funksiyalarını müəyyən etmişdir. İnsanın qidalanmasında bəzi üzvlər mühüm rol oynayır. Əgər bu bədən üzvləri olmasa, azad əməl sayılan qidalanma prosesi gerçəkləşməz.
Ümumiyyətlə, Allah-taalanın bu qəbil təqdirlə bağlı müəyyən etdiyi bütün işlər məcburidir, insanın iradə azadlığı onda heç bir rol oynamır. Bədən üzvlərimiz bizə məcburi verilmişdir. Bədənimizdə hansı üzvün olub-olmamasında heç bir ixtiyarımız yoxdur və bu işə qüdrətimiz çatmır. Bəli, azad əməllərin müqəddimləri məcburi olaraq yaranmışdır (əgər bu müqəddimələr olmasaydı, ixtiyari əməllər həyata keçməzdi).
Allah-taala müəyyən etdiyi təqdirlə insanın yaşayışı üçün bəzi çərçivələr qərar vermişdir. Bizə məcburi olaraq əta olunan fəaliyyət onun daxilində yerinə yetirilir. Biz bu çərçivə daxilində ixtiyar sahibi olur, istədiyimiz işi görə bilərik. Lakin ona tabe olub-olmamaq bizim ixtiyarımızdan xaricdir.
Başqa sözlə, bütün azad işlərin müqəddimələri və onların həyata keçirən hissələr (məsələn, bədən üzvləri) – varlıq aləminin tələbinə görə – Allahın müəyyən etdiyi təqdir əsasında məcburdur. Lakin həmin müqəddimələrdən necə istifadə etmək bizim öz ixtiyarımızdadır. (“Sual və cavablar”, Məhəmməd Rza Kaşifi, 1-ci cild, səh.61-63.)
5627 بازدید
در حال ارسال اطلاعات...