Genetik vә irsi amil baxımından, seyidlәrin әsil-nәsәbi imamlarla әlaqәlәnir
Sual: Seyyidlәrin digәr insanlardan üstünlüyü Allahın әdalәti ilә uyğun gәlirmi?
Seyidlәrin әksәriyyәtinin dünyadan imanlı halda getmәlәrinin Allahın әdalәti ilә heç bir ziddiyyәti yoxdur. Çünki Allahın әdalәtinә әsasәn, hәr kәs öz qabiliyyәti, әmәllәri, niyyәti vә danışığı әsasında haqqını alır. Seyidlәr dә başqaları kimi, ixtiyar sahibi olaraq, müxtәlif çirkinliklәr, xәtalar vә azğınlıqlar müqabilindә haqq yola yönәlsәlәr, özlәrini azğınlığa düşmәkdәn qoruyub saxlayacaq, Allahın adәlәti sayәsindә varlıq alәminә hakim nizama görә, dünyadan mömin gedәcәklәr.
Digәr tәrәfdәn, genetik vә irsi amil baxımından, seyidlәrin әsil-nәsәbi imamlarla әlaqәlәnir. Bu, onların doğru yola yönәlmәlәri vә mömin olmaları üçün daha da münasib bir şәrait yaradır. Lakin bu amil imanlı olmaq üçün müxtәlif zәruri amillәrdәn tәkcә biridir. Buna görә dә, bәzi seyidlәr bu xüsusiyyәtlәrә malik olduqları halda onların doğru yoldan uzaq düşdüyünün şahidiyik. Çünki onlar әyri vә batil yol seçmiş, çirkin әmәllәrә yol verәrәk azğınlığa düşmüşlәr. Allah-taalanın әdalәtinә әsasәn bir insan öz ixtiyarı ilә doğru yol seçib, bu yolda qәdәm götürsә vә tәkamülә çatması üçün sәy etsә, müsbәt nәticәyә çatar vә imanlı halda dünyasını dәyişәr. Seyidlәrin әksәriyyәti, genetiki amildәn әlavә, öz ixtiyarı vә iradәsi ilә doğru yol seçmişdir. Bunun müqabilindә, Allah-taala öz әdalәti sayәsindә onlara gözәl nәticә әta etmişdir. Digәr tәrәfdәn, Allahın әdalәti tәlәb edir ki, bir insan öz istәk vә iradәsi ilә azğın yol seçib, bu yolda qәdәm götürәrsә, acınacaqlı aqibәtә düçar olar, imansız halda dünyadan gedәr. Mәhz bu sәbәbdәn bәzi seyidlәr öz istәk vә ixtiyarları ilә batil yol seçmişlәr. Bunun müqabilindә Allah-taala Öz әdalәti әsasında, onlar üçün acınacaqlı aqibәt qәrar vermişdir.