Şrift ölçüsü:
A+
A
A-
26 Şubat 2017

Urmiyada Xocalı soyqırımı münasibətilə konfrans keçirildi

“Qarabağın azad olunması üçün siyasi yol yoxdur. Bu ərazi Azərbaycan gənclərinin qəhrəmanlığı ilə yenidən ölkəmizin qucağına qayıtmalıdır”.
Urmiya Azad Universitetinin beynəlxalq hüquq fakültəsinin təşəbbüsü ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə konfrans keçirildi. Konfransda Azərbaycan Respublikasının bir sıra tanınmış elmi simaları, ictimai təşkilatların nümayəndələri, Qarabağ məsələsinin fəalları, media əməkdaşları və İran İslam Respublikasının nəzər sahibləri iştirak etdi. İştirakçılar faciə ilə bağlı fikirlərini bildirdilər, beynəlxalq məhkəmələrə şikayət olunması barədə təklif irəli sürdülər. Habelə, Qarabağın gələcəyi haqda fikir mübadilələri apardılar.

Minsk qrupuna ümid etmirik/İran kömək etməsəydi, daha bir Xocalı yaşanacaqdı
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri konfransda dedi: “Biz əminik ki, Minsk qrupu Azərbaycan və Ermənistan arasında bir vasitəçi olaraq heç vaxt işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində addım atmayacaq. Biz onlara ümid etmirik”.
Xocalıda baş vermiş bir sıra tarixi faciələrdən söz açan Rövşən Əhmədli dedi: “Erməni təcavüzkarları Xocalı qətliamını kimi bir qırğını Ağdamda da təkrarlamaq niyyətində idilər. İran öz sərhədlərini təcavüzkar qatillərin əlindən qaçan müdafiəsiz insanların üzünə açmasaydı Ağdamda da digər bir faciə və soyqırımın şahidi olacağdıq”.

Müsəlmanlara ümid gözü ilə baxırıq
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri konfransda çıxış edərək Amerika, Rusiya və Fransanın erməniləri dəstəkləməsində heç bir şəkk-şübhə olmadığını bildirdi. O dedi: “Biz Qarabağı azad etmək üçün İslam ölkələrinə ümid edirik”.
Akif Nağı çıxışının davamında vurğuladı: “Qarabağın azad olunması üçün siyasi yol yoxdur. Bu ərazi Azərbaycan gənclərinin qəhrəmanlığı ilə yenidən ölkəmizin qucağına qayıtmalıdır”.
A. Nağı əlavə etdi: “Belə konfransların təşkil edilməsi bizim üçün bu imkanı verir ki, sabah torpaqlarımızı işğaldan azad etmək üçün müqəddəs müharibə başlasa, heç kəs bizdən bu müharibənin nə üçün olduğunu soruşmasın və bizə qarşı olunan zülmlər aşkar olsun”.
Xocalı faciəsinin ildönümü ilə bağlı konfransda həmçinin yazıçı və kinodramaturq Eldəniz Quliyev, şərqşünas Zərdüşt Əlizadə, Urmiya Azad Universitetinin müəllimi politoloq-doktor Əlizadə və universitetin beynəlxalq hüquq üzrə müəllimi doktor Süleymanzadə çıxış etdilər./AranNews/
4139 بازدید
در حال ارسال اطلاعات...