Şrift ölçüsü:
A+
A
A-
11 Mart 2017

Hər gün bir dəfə toyuqplov gəlir

Onun mənə verdiyi pulu səndən istəmirəm, ancaq toyuqplovu istəyirəm
Böyük fiqh və əxlaq ustadı həzrət Ayətullah əl-üzma Məzahiri öz atasından bir əhvalat danışaraq deyir:
Allah atama rəhmət etsin. Atam deyirdi: O zaman karvanla Kərbəlaya gedirdik. Bir yerdə düşərgə etdik. Orada bir nəfər yatmışdı. Onun ac ola biləcəyini düşündük. Ona görə də onu oyadıb yeməyə dəvət etdik.
O dedi: - Toyuqplov varınızdı?
Dedik: - Yox.
Dedi: - Onda mən gəlmirəm.
Hamı onun dəli olduğunu sandı. Çünki yol hara, toyuqplov hara?! Biz yolda quru çörəyi çətinliklə tapırdıq, o isə “toyuqplov olmasa gəlmirəm” deyir.
Bu arada İsfahanın valisinin də karvanı ora çatdı. Əllərini yuyub nahar süfrəsinə oturdu. Məni də yeməyə dəvət etdim. Dedim ki, mən nahar etmişəm. Sonra yatan adamı göstərib dedim ki, bu şəxs hələ yeməyib və toyuqplov istəyir.
Vali dedi: - Lap yaxşı, bizim toyuqplovumuz var. Gedin, onu çağırın.
Gedib, onu oyadıb dedik: - Oyan, toyuqplov gəldi.
O kişi gəlib süfrədə əyləşdi və toyuqplovunu yedi. Süfrə yığışıldıqdan sonra onu dəli hesab edənlər, onunla bir az zarafat etmək istədilər.
Vali ondan soruşdu: - Bu çölün ortasında toyuqplov nədir? Biz olmasaydıq sən toyuqplov gözləyə-gözləyə ac qalacaqdın?
O kişi dedi: - Toyuqplovun gələcəyini bilirdim. Sənin tərəfindən də olmasaydı, bir başqasının tərəfindən o mənə çatacaqdı.
Vali soruşdu: - Haradan? Necə?
Dedi: - Mən Quran qarisiyəm. Qabaqlar həzrət Əmir əl-möminin Əlinin (ə) hərəmində dəfn edilimiş bir hindli kişinin qəbrinin yanında Quran oxuyur və savabını ona hədiyyə edirdim. Onun varisləri bu işin əvəzində mənim üçün puldan əlavə, hər gecə toyuqplov gətirirdilər. Sonra mənə o yeməyi gətirən adam öldü və artıq bu iş üçün nə mənə pul verən var idi, nə də yemək gətirən. Mən həzrət Əlinin (ə) məzarının yanına gəldim və o həzrətə müraciət edərək dedim: Ya Əli! Sən bu hindli kişidən əskik deyilsən. Onun üçün oxuduğum Quranı bundan sonra sənin üçün oxuyaram. Onun mənə verdiyi pulu səndən istəmirəm, ancaq toyuqplovu istəyirəm. Quran oxumaq məndən, toyuqplov səndən.
Xülasə, həzrətlə belə əhd bağladım. O əhdi bağladığım gündən indiyə qədər gündə bir dəfə mənim üçün toyuqplov gəlir.

Qaynaq: “Pəndha və hekayəthayi-əxlaqi”, səh. 193-194

Hazırladı: Seyid Zahir
4550 بازدید
در حال ارسال اطلاعات...