Şrift ölçüsü:
A+
A
A-
19 Mart 2017

DÜNYANIN PUÇLUĞU

Qurani-kərim dünya ləzzətlərindən daha üstün olan axirət ləzzətlərini önə çəkir və dünyaya bağlılığı pisləyir.
“Yunis” surəsinin 24-cü ayəsində byurulur: “Həqiqətən, dünya həyatının məsəli göydən nazil etdiyimiz suya bənzər ki, insanların və heyvanların qidası olan bitkilər onunla cücərib. Nəhayət, yer üzü gözəlləşib bəzəndiyi və sakinlər istifadəyə qadir olduqlarını güman etdikləri vaxt bir gecə və ya bir gündüzdə ona fərmanımız gələr, dünəndən heç bir şey yoxmuş kimi onu kökündən qoparılmış vəziyyətə gətirərik. Biz düşünən qövm üçün ayələrimizi bu cür açıq bəyan edirik.”
Bəli, dünya həyatı öz təravəti ilə insanı cəzb edən çiçək kimidir. Amma çox qısa müddətdə puç olacaq bu gözəlliyə aldanmaq olmaz.
“Kəhf” surəsinin 45-ci ayəsində oxuyuruq: “Onlara dünya həyatının bizim göydən nazil etdiyimiz, yerin bitkisinin qarışıb yetişdiyi su kimi olduğunu misal çək.”
Bəli, dünya həyatı qısa bir müddətdə quruyub çör-çöpə dönən və küləklər qoynunda sovrulub yoxa çıxan bitkiyə bənzəyir. Bütün bu məsəllər insanın diqqətini axirət həyatına yönəldir.
Sual oluna bilər ki, axirətin dünyadan üstün oluduğunu anlayan insan nə etməlidir? Bütün işləri yarımçıq qoyub üzü qibləyə ölümümü gözləməliyik? Yoxsa dünya nemətlərindən imtina edib ömrün sonunadək dağlarda ibadətə məşğul olmaq lazımdır?

Səhv nətiсə çıxarmaqdan qorunun!
İstər keçmişdə, istərsə də indi, istər müsəlmanlar, istərsə də qeyrimüsəlmanlar arasında belə bir fikir mövcud olmuşdur ki, behiştə nail olmaq üçün dünya nemətlərindən imtina etmək lazımdır. Bir çox insanlar belə dünyagörüşüə müvafiq olaraq cəmiyyətdən uzaqlaşıb tənha yaşamışlar. Belə bir düşüncə tərzi sufilərdə də təsadüf olunur. Heç bir İslami mənbədə tərki-dünyalıq göstərişi yoxdur və tənhalığı seçən müsəlmanlar, heç şübhəsiz ki, həqiqətdən uzaq düşmüşlər. İslam dini dünyadan uzaqlaşmağa yox, ona qul olmamağa çağırır. Qurani-kərim dünya ləzzətlərindən daha üstün olan axirət ləzzətlərini önə çəkir və dünyaya bağlılığı pisləyir. İnsanın nəzərinə çatdırılır ki, dünya möminlik, təkamül, behiştə çatmaq üçün bir vasitədir.
Sual oluna bilər ki, əgər dünya ləzzətləri faydalı deyilsə, bir bu qədər nemət nə üçün yaradılmışdır? “Əraf” surəsinin 32-ci ayəsində buyurulur: “Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?!” Bəli, Allah özü buyurur ki, bu nemətlər insan üçün yaradılmışdır. Əgər yemək, içmək, evlənmək pis işlər olsaydı bu işlərlə behiştlə rastlaşmazdıq. Sadəcə olaraq, dünya nemətlərindən istifadədə hədd gözləmək lazımdır. “Maidə” surəsinin 87-88-ci ayələrində oxuyuruq: “Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri haram saymayın və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları dost tutmaz. Allahın sizə ruzi etdiyi şeylərin halalını və təmizini yeyin və iman gətirdiyiniz Allahdan qorxun.” Demək, ilahi hədləri pozmadan dünya nemətlərindən istifadə etmək olar. Yalnız o ləzzətlər haram buyurulur ki, insanın təkamülü qarşısında maneə törədir. Amma eyni zamanda insanın axirət evinə əliboş, savabsız getməməsi üçün dünya həyatına da ehtiyac var. İlahi hədləri pozmamaq şərtilə axirəti üçün savab qazanan insana dünya həyatı və dünya nemətləri faydalıdır. İbadət, təhsil, cihad və digər dini vəzifələri yerinə yetirmək üçün enerji və istirahətə ehtiyac var. Dünya nemətləri və dünya ləzzətləri zəruri enerjini əldə etmək və yorğunluğu aradan qaldırmaqdan ötrü bir vasitədir.

Əlbəttə ki, bəzi dünya nemətlərindən imtina etmək lazım gəlir. Məsələn, üzüm gözəl və halal bir nemətdir. Amma şərab haqqında bu sözləri demək olmaz. Haram ləzzətlər ardınca gedənlər axirət əzabını unutmamalıdırlar. Əslində hər bir halal nemət və ləzzət insana Allahı xatırlatmalıdır. Susamış insan bir stəkan bulaq suyu içərkən Allahı yada salıb, Ona şükr etməklə savab da qazana bilər.
Dünyada maddi olmayan ləzzətlər də var. Məsələn, insan nəfsini tərbiyə etməklə ibadətdən böyük ləzzət ala bilər. Əslində, dünya nemətləri içərisində olan ən üstün ləzzət namazdan duyulan ləzzətdir. Allah bu ləzzəti yalnız saf bəndələrinə hədiyyə olaraq daddırır. “Səcdə” surəsinin 17-ci ayəsində oxuyuruq: “Heç kəs bilməz ki, onlara etdikləri əməllərin əcri olaraq gözlərini işıqlandıracaq necə şeylər gizlədilmişdir.” Bəli, ibadətdən aldığı bir anlıq ləzzəti bütün dünyaya dəyişməyən bəndələr var.

Ey Rəbbimiz, Öz tövfiqini biz günahkar bəndələrə nəsib et!
4184 بازدید
در حال ارسال اطلاعات...