Şrift ölçüsü:
A+
A
A-
29 Nisan 2017

Ayətullah Amili at nalının həqiqəti haqqında

İslam ümməti arasında bidətlər yayıldıqda alimlər elm silahından istifadə etməklə onunla (bidətlərlə) mübarizəyə qalxsı
Həzrət Ayətullah Amili at nalının həqiqəti haqqında deyir:
Qədim zamanlarda camaat ev, mağaza və hamamlarının qarşısına at nalı asırdı və onun tarixi haqqında səhv məlumat üzündən at nalının uğur gətirəcəyinə inanırdılar.
Onun nəhs tarixi belədir ki, İmam Hüseyn (ə) şəhid olduqdan sonra Ömər ibn Sədin əmri ilə atlarının ayaqlarını təzə nallamış bir dəstə atlı iftixar qazanmaq üçün şəhidlərin pak bədənləri üzərində at çapdılar. Beləliklə, şəhidlərin sinə və kürək sümükləri atların ayaqları altında əzildi.
Bu qrup Kufəyə qayıtdıqdan sonra bəziləri onların atlarının nallarından öpüb, gözlərinin üstünə qoydu və təbərrük məqsədilə evlərinin üstündən asdılar (və beləliklə bu məsələ camaat arasında yayıldı və onun tarixini bilməyən insanlar da uğur əlaməti kimi onu evlərinin qarşısından asmağa başladı).
Sonralar Əbu Reyhan Biruni kimi böyük şəxsiyyətlər bu ağılsız hərəkətin tarixini açıqladı və camaatı məlumatlandırdı. Təəssüflər olsun ki, əlli il bundan öncəyə qədər bu iş camaat arasında yayılmışdı. Halbuki, camaatın uğur və təbərrük əlaməti saydığı bu hərəkət, məhz nəhs və çirkin bir əməl idi. Məscidlərin, hüseyniyyələrin rövnəqlənməsi və alimlərin təlaşları nəticəsində bu xürafat aradan qalxdı.
Peyğəmbər (s) buyurub: “İslam ümməti arasında bidətlər yayıldıqda alimlər elm silahından istifadə etməklə onunla (bidətlərlə) mübarizəyə qalxsın. Belə etməsə, Allah, mələklər və bütün insanlar onu lənətləyər”. (“Biharul-ənvar”, c. 54, səh. 234)

Qaynaq: Ayətullah Cavad Amilinin dərsindən
Hazırladı: Seyid Zahir
3876 بازدید
در حال ارسال اطلاعات...