Şrift ölçüsü:
A+
A
A-
05 Mayıs 2017

Ülya Xatunun köynəyi

Ağır vergilər əhalini çox acınacaqlı vəziyyətə salmışdı. Xalq əzab içərisində yaşayırdı.
Səlcuqlar dövründə Azərbaycanın hökmdarı Şəmsəddin Eldəgəz idi. Ona Atabəy də deyirdilər. Hökmdar, Xoy əhalisini ona qarşı çevriliş etməkdə Osmanlılarla əməkdaşlıq etməkdə təqsirli hesab edirdi. Ona görə də Xoy əhalisi üçün ağır vergilər qoymuşdu.
Ağır vergilər əhalini çox acınacaqlı vəziyyətə salmışdı. Xalq əzab içərisində yaşayırdı.
Atabəy tərəfindən Xoy bölgəsinə hakim təyin edilmişdi. Hakimin həyat yoldaşı Ülya Xatun Xoy camaatı arasında yaşayırdı. O, çox mömin, iffətli və təqvalı bir qadın idi. Evində Quran dərsi verirdi və Azərbaycanın çox az sayda olan savadlı qadınlarından sayılırdı.
Ülya Xatun bir gün Quran dərsində rəiyyət qadınlardan birinin yoxsulluq üzündən fikrini toplaya bilməməsini gördü. Bu durum Xatunu çox ağır gəldi və onu ağlatdı. O, bu vəziyyətə bir çarə düşünmək qərarına gəldi.
Xatunun anasından ona qızılla toxunmuş bir köynək qalmışdı. Ülya Xatun bir nəfər çağırıb köynəyi ona verərək dedi: - Bunu Şəmsəddinin yanına apar. Mənim salamımı ona çatdır və de ki, bu hədiyyə sənin üçündür. Xoy əhalisinin ağır vergisindən keç. Əhali yoxsulluqdan məhv olur. Allah bundan razı deyil.
Elçi köynəyi gətirib Atabəyə verdi və Ülya Xatunun sifarişini ona çatdırdı. Hökmdar köynəyi görəndə bunu öz qeyrət və qüruruna sığışdırmayıb dedi: - Bizə nə olmuşdur ki, bir qadın bizə kəramət öyrədir və səxavətini göstərir?! Köynəyi onun özünə qaytar və de ki, Şəmsəddin bir ilin vergisini onlara bağışladı.
Elçi köynəyi götürüb geri qayıtdı və əhvalatı Ülya Xatuna danışdı. Xatun soruşdu: - Şəmsəddin mənim köynəyimi gördümü? Elçi “bəli” deyə cavab verdi. Xatun dedi: - Naməhrəmin gözü onu görüb. Mən daha onu geyinə bilmərəm. Köynəyi aparıb satın, onun pulu ilə məscid tikin və körpü salın.
Köynəyi satıb onun pulu ilə şəhərdə məscid və körpü düzəltdilər. Sonralar məscid uçub-dağılsa da, körpü indi də qalır.

Qaynaq: “Cəvameul-hekayat vəl-məvaizul-həsənat”.
Hazırladı: Seyid Zahir
3792 بازدید
در حال ارسال اطلاعات...