Şrift ölçüsü:
A+
A
A-
08 Mayıs 2017

10 min tümən qarşısında yalandan şahidlik edərsənmi?

İnsanın nəfsi istəyi bəzən çox dəyərsiz nəqd bir şeyi üstün tutur, axirəti nisyə hesab edib, dünyanın nəqd olduğunu deyir
Ayətullah əl-üzma Şübeyr Zəncani nəfsi istəklər haqqında qısa bir hekayə danışaraq deyir:
Seyid Əbdülməcid Gorusi böyük təqlid mərcəsi Mirzə Həsən Şirazinin tanınmış şagirdlərindən idi. O, elm, ağıl və bəyan baxımından yetkinlik dərəcəsinə çatmışdı və seyri-sülukda məqamları var idi.
Eşitdim ki, günlərin birində bir nəfər onun evinə gedir. Seyid Əbdülməcid ona deyir: - Gəldin, mənim vəziyyətimi bir-birinə vurdun. Mən öz nəfsimlə müsahibə edirdim. Nəfsimə dedim ki, əgər yüz tümən sənə versələr, nahaq şahidlik edərsənmi? Dedi: - Etmərəm. Mən yavaş-yavaş məbləği artırdım və nəfsim o məbləğlərin qarşısında yalandan şahidlik etməyə razı olmadı. Nəhayət, məbləği on minə çatdırdım. Məbləğ bura çatanda nəfsim dayanıb fikirləşirdi. Bu vaxt sən gəldin (düşdüyüm vəziyyəti itirdim) və onun mənə nə cavab verəcəyini bilmədim.
İnsanın nəfsi istəyi bəzən çox dəyərsiz nəqd bir şeyi üstün tutur, axirəti nisyə hesab edib, dünyanın nəqd olduğunu deyir. Bir şeyin ona zərər olduğunu bildiyi halda nəfsi istək ona üstünlük verir.
Məsələn, bir nəfər spirtli içkilərin, narkotik maddənin ona zərərli olduğunu, onlardan istifadə edəcəyi surətdə abrının aradan gedəcəyini, cəmiyyət arasında hörmətdən düşəcəyini, min cür əngəllə qarşılaşacağını bilir, ancaq nəfsi istəyi ona qalib gəlir və bir anlıq ləzzəti bu əngəllərin hamısından üstün tutur.
Məsum olmayan insan xəta və təhlükədən amanda deyil, hansısa mərhələdə yolundan sapına bilər. Ona görə də daim Allahı xatırlamalı, təvəssül etməli, axirəti yada salmalıdır ki, nəfsi istəyi onu din yolundan azdıra və ona qələbə edə bilməsin.

Hazırladı: Seyid Zahir
3730 بازدید
در حال ارسال اطلاعات...