Şrift ölçüsü:
A+
A
A-
15 Mayıs 2017

ALLAH BƏNDƏLƏRİNƏ MƏSXƏRƏ

Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır
İnsanların geyiminə kasıblığına, əqidəsinə sənətinə məsxərə etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid məsxərə edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir.
“Bəqərə” surəsinin 14-cü ayəsində oxuyuruq: “Onlar möminlərlə qarşılaşdıqları zaman “biz də iman gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə “biz də sizinləyik, biz onlara ancaq istehza edirik” deyirlər”.
İslam Peyğəmbəri (s) bildirir ki, Allah-Taala belə buyurmuşdur: “Mənimlə dostluqdan çəkinən, mənimlə döyüş üçün pusqu qurmuşdur”. (“Кафи”, 2-351.)
İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət zamanı bir nida ucalar: “Mənim dostlarımdan üz çevirənlər haradadırlar?” Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: “Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dininə məsxərə edənlərdir”. Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah-Taala buyurur: “Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır.” (“Кафи”, 2-351.) Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.
4678 بازدید
در حال ارسال اطلاعات...