Şrift ölçüsü:
A+
A
A-
25 Mayıs 2017

RAMAZAN

Ramazan ayını qənimət sayın.
Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bir neçə gündən sonra mübarək ramazan ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (Bəqərə, 186) ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında yerləşir. Bu ayə oruc və ramazan ayələrinin ortasında gəlib, bütün insanları və bütün bəndələri duaya və Allaha yönəlməyə sövq edir və çağırır.

Ayıtullah Seyid Əli Xamenei
4597 بازدید
در حال ارسال اطلاعات...