
Rəhmət, məğfirət və ilahi mənəvi feyzdən istifadə üçün zəmin yaratmaq lazımdır və bu, günahı tərk etməklə mümkündür. Ona görə də siz Kümeyl duasında görürsünüz ki, Əmirəlmöminin (ə) deyir: "İlahi, dualarımın qarşısını alan günahlarımı bağışla!" ("Əl-İqbal əl-əmal", səh. 706) Günahlar duanın qəbul olunmasına mane olur. Əbu Həmzə duasında oxuyursunuz: "İlahi! Mənimlə günahlarım arasında fasilə yarat". ("Bihar əl-ənvar", c. 95, səh. 89) Vəzifələrimi həyata keçirməyimə mane olan, özümü sənə yaxınlaşdıra bilməyimə səbəb olan günahlarımı bağışla. Əsas məsələ günahı tərk etməkdir.
İSLAM SİSTEMİNDƏ MÜHİT GÜNAHA BULAŞMIŞ DEYİL
Bir İslam hakimiyyətinin, sistemin ən mühüm müsbət tərəfi odur ki, orada mühit günaha aludə deyil. Tağut, dinsiz rejimlərdə mühit günaha aludədir. Əgər insan günah etməmək istəsə belə mümkün olmur. Hər şey insanı günaha doğru sövq edir. İslam sistemində isə belə deyil. Günahkar var. Müxtəlif səviyyələrdə, müxtəlif peşələrdə, müxtəlif ağırlıqda günahlar var, nəinki yoxdur. Amma günahın yalnız şəxsi cazibəsi var. Yəni insanın nəfs istəkləri onu günaha sürükləyir. Bu sistem tağut və şeytani rejimdən fərqlidir. Orada günah həm də cəmiyyətin inkişaf meyarıdır. İslam sistemində günah inkişaf meyarı deyil. Əksinə, inkişafa ziddir, anti-dəyərdir.
Ayətullah Seyid Əli Xamenei