Şrift ölçüsü:
A+
A
A-
13 Temus 2017

İMAM ƏLİDƏN (Ə) KÖMƏK

Ey Əmirəlmöminin! Neçə gündən sonra bir nəfər tapdım ki, onunla danışım.
Hacı Hadixan Sənəmi Əbhəri belə nəql edirdi: Bir dəfə İraqa ziyarətgahlara getmişdim. Nəcəf-Əşrəfdə olduğum müddətdə hər gün İmam Əlinin (ə) ziyarətinə gedirdim. Bu müddət ərzində bir nəfər axtarırdım ki, onunla danışıb ürəyimi boşaldım.
Bir gün yenə hərəmə gedib, bir xeyli orada əyləşdim. Amma faydası olmadı. Həzrət Əliyə (ə) ərz etdim: Ey Mövlam! Mən sizin qonağınızam. Nəcəfdə olduğum bu neçə gün ərzində danışmağa bir nəfər tapa bilməmişəm.
Hərəmdən çıxıb ixtiyarsız olaraq “Huvəyş” bazarına tərəf yollandım. Oradan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsinə daxil oldum. Mədrəsənin həyətində kiçik bir hücrənin qabağındakı daşın üzərində əyləşdim. Artıq zöhr azanının vaxtı idi. Yuxarı təbəqədəki otaqlardan birindən nurani simalı bir şeyx çıxıb, mədrəsənin damı üstündə azan deməyə başladı. Şeyx qayıdıb hücrəsinə girmək istəyəndə, bir anlıq gözüm onun nurlu çöhrəsinə sataşdı. Azan deməyin təsirindən onun yanaqları nur saçırdı. O hücrəsinə girib qapını örtdü.
Mən ağlaya-ağlaya ərz elədim: Ey Əmirəlmöminin! Neçə gündən sonra bir nəfər tapdım ki, onunla danışım. Amma o da mənə etina etmədi. Elə bu vaxt həmin şəxs hücrə qapısını açıb, işarə ilə məni yuxarı çağırdı. Yerimdən qalxıb yuxarı təbəqəyə çıxdım. Hücrəyə daxil olanda hər ikimiz qucaqlaşıb bir müddət beləcə ağladıq. Sonra sakitcə oturub bir-birimizə tamaşa etdik. Mən sonra şeyxlə sağollaşıb getdim.
Bu fazil şeyx rəhmətlik Şeyx Mürtəza Taliqani idi. (“Məad şenasi”, Əllamə Tehrani, 1-ci cild, səh. 108-109)
6671 بازدید
در حال ارسال اطلاعات...