Şrift ölçüsü:
A+
A
A-
15 Auğustos 2017

SURƏLƏR GÜLÜSTANI - «NƏHL»

Ayədə aşkar şəkildə bildirilir ki, Allah-təala saleh əməlli möminə pak bir həyat bəxş edir
(«NƏHL» BAL ARISI DEMƏKDİR; SURƏNİN BİR HİSSƏSİ MƏKKƏDƏ, BİR HİSSƏSİ MƏDİNƏDƏ NAZİL OLMUŞDUR).

Suallar: Bal arısında hansı qəribəliklər var? Bu mövcudun yaranışını məqsədsiz, təsadüfi hesab etmək olarmı? Nə üçün bu surə həm də «Niəm» adlandırılmışdır? Salehin imansız insanlarla rəftarı təsirlidirmi? Salehin mömin insanlara münasibətini hansı əsərləri olmuşdur?

Surənin mətni haqqında: Surənin 68-69-cu ayələrində bal arısı və Allah-təalanın ona ilhamı haqqında buyurulur: «Rəbbi bal arısına belə vəhy etdi ki, dağlarda, ağaclarda və insanların tikdikləri yerlərdə özün üçün yuva qur; Sonra bütün meyvələrdən ye və Allahının yolunu itaətlə get; Onların daxilindən insanlar üçün şəfalı olan rəngarəng bal çıxar. Həqiqətən də, bu işdə düşünən insanlar üçün əlamətlər vardır.»
Bal arısının həyatında müxtəlif qəribəliklər müşahidə edilir. Onlardan bəzilərini nəzərdən keçirək: Altıbucaqlı formasında nəzmlə tikilmiş yuvalar; Bu yuvaların fövqəladə möhkəmliyi; Arıların arasında dəqiq iş bölgüsü. Gül-çiçəklik olan yerləri müəyyənləşdirmək üçün arılar uçur və həmin yerləri dəqiqləşdirdikdən sonra geri qayıdırlar. Onlar həmin yerədək olan məsafəni və istiqaməti öz hərəkətləri ilə digər arılara bildirirlər. Arıların orqanizmində bal istehsal edən xüsusi bir qurğu fəaliyyətdədir. Bu qurğuda hazırlanmış balın xüsusi müalicəvi keyfiyyətləri vardır. Uyğun mövzuda çoxsaylı elmi kitablar yazılmışdır.
Bu sayaq qəribə xüsusiyyətlərə malik olan bir mövcudun yarınışı təsadüfi ola bilərmi?! Bir belə faydalı xüsusiyyətlərə malik olan mövcud məqsədsiz yaradıla bilərmi? Bu məsələlər haqqında düşüncə insanın diqqətini Allahın qüdrətinə, müxtəlif mövcudlara, xüsusi qabiliyyətlərin ilham olunmasına yönəltmirmi?! Bəli, bal arısının həyatında düşüncə sahibləri üçün ilahi qüdrət və rəhmət nişanələri vardır.
Bu surənin digər adı «Niəm»dir. «Niəm» nemətlər deməkdir. Çünki bu surədə bir çox yerüstü və asimani nemətlərə işarə olunmuşdur. Bu nemətlərə misal olaraq, dörd ayaqlılar və onların insana ram olmasını, yağışı, ağacları, əkinəcəkləri, zeytunu, xurmanı, üzümü, çeşidli meyvələri, gecə və gündüzü, günəş və ayı misal göstərmək olar. Dəniz və onun təkindəki cəvahirlər, eləcə də dənizdəki rəngarəng varlıqlar və balıqlar insanların müxtəlif ehtiyaclarını təmin edir. Bütün bu nemətlər sadalandıqdan sonra 18-ci ayədə buyurulur: «Əgər Allahın nemətlərini saymaq istəsəniz, heç vəclə sayıb qurtara bilməzsiniz.» 97-ci ayədə insanlar iman və saleh əmələ rəğbətləndirilir və bu barədə buyurulur: «İstər kişi, istər qadın, hər kəs saleh əməl edərsə və mömin olarsa, ona xoş bir həyat bəxş olunacaq...»
Allah-təalanın bu ayədə kişilərə və qadınlara saleh əməl müqabilində vəd etdiyi gözəllik ümumi və qəti bir qanundur. Bu qanuna münasibətdə kişi və qadın arasında heç bir fərq yoxdur. Yeganə şərt budur ki, saleh əməl yerinə yetirən insan həm də mömin olsun. Mömin olmayanların isə əmələri batil və faydasızdır. (“Əl-mizan”, c. 12, səh. 491)
Ayədə aşkar şəkildə bildirilir ki, Allah-təala saleh əməlli möminə pak bir həyat bəxş edir. Bu həyat hamının yaşadığı həyatdan fərqlənir. Belə bir həyatı yaşayan insan cəmiyyətdə Allahın nurundan faydalanır. Belə bir insan başqalarının malik olmadığı elm və idraka malik olur. Ona ilahi bəsirət əta edilir. Allahın pak həyatla mükafatlandırdığı insan üçün heç bir qorxu və qüssə yoxdur. O asanlıqla haqqı batildən fərqləndirə bilir. Bu insan səmimi qəlblə batil və pis işlərdən üz döndərir. Allahın izzət qüdrətindən faydalanan belə bir şəxs artıq şeytan və onun vəsvəsələri, əmmarə nəfs və həvəsbazlıq, dünya və onun hiylələri qarşısında təslim olmur. O, Allahın əta etdiyi bəsirətlə dünya və onun yalanlarını dəqiq şəkildə tanıyır. (“Əl-mizan”, c. 12, səh. 492)
Saleh möminlərin qəlbləri Allahladır. Belə möminlər Allahdan qeyrisini istəmir. Ondan başqası ilə yaxınlağa çalışmır və yalnız Onun qəzəbindən qorxurlar. Onların həyatında yeganə təsirli amil mehriban Allahdır. Onlar öz həyat yollarında yaxşılıq və gözəllikdən savay bir şey görmürlər. Onların nəzərində Allahın yaratdığı hər bir şey gözəldir. Onlar yalnız itaətsizliyi çirkin sayırlar. Belə bir insan öz daxilində vəsfə gəlməz bir ləzzət və şadlıq duyur. (“Əl-mizan”, c. 12, səh. 492)
3814 بازدید
در حال ارسال اطلاعات...