Şrift ölçüsü:
A+
A
A-
16 Auğustos 2017

BƏHLUL - MÜBARİZ VƏ HƏQİQƏTPƏRƏST BİR ALİM

O, bu vasitə ilə öz dinini qorumaq üçün bizdən yaxasını qurtarıb
İmam Sadiqin (ə) ən yaxşı şagirdlərindən biri Vəhəb ibn əmr idi. O, xalq arasında Bəhlul adı ilə tanınmışdı. Deyirlər ki, bir gün Harun-ərrəşid Bağdad şəhərinə qazi tə’yin etmək istəyirdi. O bir neçə nəfərlə bu barədə məsləhətləşmişdi. Heç kəs bu vəzifəyə Bəhluldan başqasını layiq bilmədi. Harun Bəhlulu çağırıb dedi:
Ey ağıllı alim! Bizə qəzavət işində kömək et!
Bəhlul dedi: Mənim bu işə səlahiyyətim çatmır.
Harun dedi:
Bütün Bağdad camaatı səni bu işə layiq bilirlər.
Bəhlul dedi: Çox təəccüblüdür: Mən özümü onlardan yaxşı tanıyıram. O biri tərəfdən mən ya düz deyirəm, ya yalan. Əgər düz deyirəmsə, deməli, doğrudan da qazi olmaq səlahiyyəti məndə yoxdur. Yox, yalan deyirəmsə, onda yalançı adamın bu işə səlahiyyəti yoxdur».
Amma onlar Bəhlula dedilər:
«Bu işi qəbul etməsən, səni buraxmayacağıq».
Bəhlul dedi:
İndi ki, məcbur edirsiniz, onda mənə bir gecə möhlət verin.
Bəhlula möhlət verildi. O, evinə gedib həmən gecəni evində qaldı. Səhəri günü əlinə bir uzun çubuq götürüb bazara gəldi. O, özünü dəliliyə vurmuşdu.
Camaat bunu görəndə dedilər: Bəhlul dəli olubdur.
Bu xəbər Haruna çatanda o dedi: «Bəhlul dəli olmayıb. O, bu vasitə ilə öz dinini qorumaq üçün bizdən yaxasını qurtarıb».
Bəhlul ömrünün axırına kimi bu vəziyyətdə qaldı. O, bilirdi ki, belə bir vəzifəni bu cür zalım xəlifənin zamanında qəbul etmək onu günaha və cinayətlərə sövq edə bilər. Buna görə də özünü dəliliyə vurdu.
7762 بازدید
در حال ارسال اطلاعات...