Şrift ölçüsü:
A+
A
A-
25 Auğustos 2017

RUHUN MÖHKƏMLİYİ

Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik
Din, insanın iradəsini qüvvətli, bağışlayan və bütün nəfs istəklərini nəzarətdə saxlayan edir. Allah-təala Həzrət Əli (əleyhəssəlamın) ailəsi barəsində buyurur:
“Onlar elə kimsələrdirlər ki, etdikləri nəzri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahları çəkdiyi və özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə əsirə yedirdərlər.
Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (Dəhr (və ya insan) surəsi, 7-dən 9-a qədər.)
Bəli! Bu kimi xüsusiyyətlər o ruhda tapılar ki, mütləq, yenilməz və sonsuz qüdrəti olan Allaha imanı olsun. Ruhu zəif olanlar heç vaxt belə bir ali sifətə malik olmazlar. Allaha bağlı kamil imana sahib olan Peyğəmbərin (s) qüvvəli ruhudur ki, buyurur:
“Əgər günəşi sağ əlimə və ayı da sol əlimə versəniz, yenə də öz ali hədəfimdən əl götürən deyiləm.” (İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) İslam dini ilk zühuru zamanı dediklərindən.)
3679 بازدید
در حال ارسال اطلاعات...