Şrift ölçüsü:
A+
A
A-
12 Eylül 2017

İZZƏTİ-NƏFS VƏ EHSAN

Cəmiyyətdə izzəti-nəfs olan ehtiyaclıları tapıb onların ehtiyacını ödəmək böyük savabdır.
İnsan ehtiyaclı varlıqdır. Bu ehtiyac insan şəxsiyyətinin tanınmasında mühüm rol oynayır. Əsl insan öz zehni və fiziki qüvvələrindən faydalanaraq bu ehtiyacları aradan qaldırmalıdır. Amma insanların bir qismi Allahın ona verdiyi qüvvələrdən səmərəli faydalanmayıb başqalarının köməyinə göz dikir. Əlbəttə ki, bu, insana yaraşmayan sifətdir.
Amma «izzəti-nəfs» adlanan bəyənilmiş bir sifət də vardır. İzzəti-nəfsə malik olan insanlar min bir əziyyətə qatlaşıb kimsəyə ağız açmır, Allahdan başqasına əyilmirlər. Təbiidir ki, belələri quldurluq, oğurluq, yalan, böhtan kimi günahlardan da uzaq olurlar.
Bu insanlar özləri və başqaları üçün imtahan olsun deyə, ağır çətinliklə qarşılaşa bilərlər. Məsələn, anadan şikəst doğulmuş iki insan tamah baxımından eyni olmur. Onlardan biri başqalarına ağız açmaqla öz ehtiyaclarını ödəyirsə, izzəti-nəfsi olan şikəst nə etməlidir? Məhz bu məqamda Allahın ehsan haqqında buyurduqları yada düşür. Bəli, imkanlılar böyük imtahan qarşısındadırlar. Cəmiyyətdə izzəti-nəfs olan ehtiyaclıları tapıb onların ehtiyacını ödəmək böyük savabdır.
«Hədid» surəsinin 10-cu ayəsində oxuyuruq: «Göylərin və yerin mirası ancaq Allaha aid olduğu halda, nə üçün Allah yolunda infaq (infaq – ehsan etmək, bağışlamaq) etmirsiniz?»
5244 بازدید
در حال ارسال اطلاعات...