Şrift ölçüsü:
A+
A
A-
16 Eylül 2017

İSLAMDA GÜNAHKARLARLA RƏFTAR

İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir
İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur: “Əmr be məruf (yaxşı işlərə dəvət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin (s) və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ təmin olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür».
İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-təala Öz peyğəmbəri Həzrət Məhəmmədə (s) xitab edib buyurur: «Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna dəvət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!» («Nəhl», 125.)
«Möminun» surəsinin 96-cı ayəsində buyurur: «Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et».
3295 بازدید
در حال ارسال اطلاعات...