Şrift ölçüsü:
A+
A
A-
28 Eylül 2017

İSLAM DİNİNİN İNSANA BAXIŞI

Bütün insanlar öz əqidələrinə uyğun olaraq, Allah qarşısında bəndəçiliklərini izhar edirlər
Peyğəmbərlər və xüsusilə də müqəddəs İslam dini ictimayönlü nəzəriyyəni təsdiq edib qüvvətləndirir. Bu din insanı elə tərbiyə etmək istəyir ki, onun təsiri altında insan öz həyatının bütün mərhələlərində bütün bəşəriyyətə, və eləcə də İslam cəmiyyətinə qarşı məsuliyyət dərk etsin. Misal üçün, bilirik ki, namaz fərdi bir ibadətdir. Bütün insanlar öz əqidələrinə uyğun olaraq, Allah qarşısında bəndəçiliklərini izhar edirlər. Amma biz müsəlmanlar Allah qarşısında öz bəndəçiliyimizi namaz şəklində izhar edirik. Namaz qılanda həmd surəsini oxuyan şəxs ibadət məqamında bəndəçiliyini bildirərkən Allaha xitab olaraq demir: “Mən sənə ibadət edirəm.” Deyir: “Biz sənə ibadət edirik”. Əgər bir nəfər gecə də olsa, tək ibadətə dayanıb namaz qılmaq istəsə, deməlidir: “Biz sənə ibadət edirik.” Bir nəfər müsəlman, insan olmayan səhrada da tək namaz qılsa, deməlidir: «İyyakə nəbudu və iyyakə nəstəin» Namazda heç vaxt demək olmaz: «İyyakə əbudu və iyyakə əstəin» (Yəni, mən sənə ibadət edirəm və mən səndən yardım diləyirəm.) Hökmən, «biz sənə ibadət edir və biz səndən kömək istəyirik» - deməlidir. Bu o deməkdir ki, möminlər bir-birlərini həmişə öz ətrafında bilməlidirlər. İnsan namaz qıldıqda davamlı olaraq, möminləri öz kənarında görür. Həmçinin namazdan xaric olanda da bütün möminlərə salam verməlidir. Bu İslam tərbiyəsidir. Bütün İslam göstərişlərində - istər fərdi və ictimai ibadətlərdə, istərsə də iqtisadi və ictimai-tərbiyəvi məsələlərdə, hətta cihad və müdafiə məsələlərində müsəlman özünü digər möminlərə şərik və bağlı bilməlidir. Bu İslam dininə məxsus olan bir tərbiyədir.
6965 بازدید
در حال ارسال اطلاعات...