Şrift ölçüsü:
A+
A
A-
03 Aralık 2017

İXLAS NƏTİCƏSİ

İmam Hüseyn (ə) Ərəfə duasında Allahdan ixlaslı əməl diləyir.
İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə həyatın çətin anlarında insana yol açılır. Həzrət Əli (ə) buyurur: “Qəlbə ixlasla yanaşı nuraniyyət və bəsirət gələr.” (“Fehresti Ğurərul-hikəm”.) Bu Qurani-kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin “fürqan”dır. (Haqla nahaqqı ayırd edən) (“Ənfal” surəsi, ayə 29.) Başqa bir ayədə buyurulur ki, əgər təqvalı olsanız, Allah sizə bir nur verər və bu nurla yolunuzu gedərsiniz. (“Hədid” surəsi, ayə 28.)
İxlas, nəfsə tabe olmamaq və təqva insanın gözünü açır, onu həvəs, cəhalət və şirk qaranlıqlarından elm, tövhid və nur fəzasına çıxarır. Hər kəsin ixlası olsa, nicat tapacaq. (“Fehresti Ğurər”, səh.92.)
İxlas böyük, eyni zamanda çətin əldə olunan bir dəyərdir. İmam Səccad (ə) ramazanın səhər dualarında Allahdan istəyir ki, qəlbini nifaqdan, əməlini riyadan təmizləsin. İmam Hüseyn (ə) Ərəfə duasında Allahdan ixlaslı əməl diləyir.
4695 بازدید
در حال ارسال اطلاعات...