Şrift ölçüsü:
A+
A
A-
20 Temus 2018

İmanda sabitqədəm olmaq

Mömin dəmir parçalarından daha möhkəmdir
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ


"Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!”" (Fussilət, 30).

İzah: Nəfsani keyfiyyətlərin insan vücuduna yer etməsi üçün iman və ona əməldə davamlılığa, sabitqədəmliyə ehtiyac var. Buna görə də iman və Allah yolunda səbir etmək bəndələrin davranışında uğur açarıdır. Quranda peyğəmbərlərin və ilahi övliyaların həyatına baxanda görürük ki, onların müvəffəqiyyət rəmzi etiqadda möhkəm olmaq, maneələrlə və problemlərlə üzləşdikdə sarsılmamaqdır. Burada Kəhf əshabı, Yusif peyğəmbər (ə), (Fironun həyat yoldaşı) Asiyə kimi çətinliklərdə və həyat müsibətlərində öz dini inanclarını itirməyən bariz nümunələrə işarə etmək olar.

Hədis: İmam Sadiq (ə): “Mömin dəmir parçalarından daha möhkəmdir. Dəmir parçaları oda atıldıqda dəyişir. Amma mömin dəfələrlə ölüdürülüb-dirilsə də ürəyi dəyişməz.” (Sifatuş-şiə, səh. 32, hədis: 47).
2946 بازدید
در حال ارسال اطلاعات...