Şrift ölçüsü:
A+
A
A-
30 Auğustos 2018

Avropada düzəlməyən Əkbər Əli və Zamin Hacı - qəbirdə də düzəlməsələr...

Zamin Hacı indiyədək Adnan Oktarın türk qadınlarını ekranda oynadarkən bu barədə bir cümlə də yazmayıb
Açıq söyüş, erotika filan məzmunlu cızma-qaralarıyla özünü Azərbaycan ədəbiyyatından birbaşa qovduran Əkbər Əli (Ələkbər Əliyev) yenə peyda olub. Özü də İsveçrədə. Yazdığına görə İsveçrədə o nəsə yaza bilmir. Güya mühüt buna imkan vermir. Yəni demək istəyir ki, İsveçrədə hadisə yoxdur ki, oturub roman yazasan. Məncə İsveçrədə Əkbər Əli kimi tərbiyəsiz yazanlara yer yoxdur deyə adam qələmini qoyub qələmdana.

Yazıları "Müsavat"da peyda olmağa başlayıb. Zamin Hacı az idi, bu da İsveçrədən çıxdı. Hər ikisinin Avqustun 5-də bir köşə yazısı çap olunub. Zamin Hacı "sonrakı ağlımız", Əkbər Əli də "Avropaya necə gəlmək olar" adlı yazı yazıblar.

Zamin Hacı güya müsəlmanın sonrakı ağlını tənqid etməyə çalışır, deyir ki, indiyədək Adnan Oktarı alim qərar vermişdiniz, indi durub deyirsiniz ki, şizofrendir? Bəs bu bütün türk dünyasına həqarətdir axı. Bir balaca nəzər atandan sonra məlum oldu ki, Zamin Hacı indiyədək Adnan Oktarın türk qadınlarını ekranda oynadarkən bu barədə bir cümlə də yazmayıb. İndi isə özünü nəzərdə tutub "müsəlmanın sonrakı ağlı"ndan gileylənir. Halbuki Adnan Oktar açıq-aşkar bu işləri görürdü və onu heç kim həqiqi müsəlman saymırdı. Zamin Hacı ağlını işə salıb türk dünyasına, onun qadınına təhqirlər yağdıran bu adam haqda yazardı. Adnan Oktar sonradan şizofren olmayıb ki? Yaxud axmaqlığı, dəliliyi sonradan bilinməyib ki? Kanalında dəli olduğu açıq-aşkar idi. Amma ola bilər o, o cür hərəkətlər edəndə Zamin Hacı öz ədəbi atası, ilham mənbəyi olan Mirzə Cəlil Məmmədquluzadəyə rəhmət oxutdurur, Adnan Oktarın bu fəsadına davam etməsindən ötrü də dua edirdi ki, zahirən Məmmədquluzadənin şeyxnəsrullahlarının indi də olduğu gündəmdə qalsın.

Zamin Hacı belə etməklə çox kobud səhvə yol verdi. Necə ki, Cəlil Məmmədquluzadə bu səhvə yol verirdi. Çünki ikisi də elə bilirmiş ki, şeyxnəsrullah və adnanoktardan savayı (pak) ruhani, din xadimi yoxdur. Hamısı pisdir. Halbuki ağıllarını işə salıb onların pis olduğunu görə bilərdilər. Bu necə olacaqdı? Həqiqi ruhanidən dərs almaqla. Həqiqi ruhanini görüb tanımalı, onun əməllərinə baxıb şeyxnəsrullahları, adnanoktarları lənətləməli idilər.

Bəs Əkbər Əlini niyə yad etdik? Əslində adamın ürəyindən Əkbər Əliyə "heyif o adlardan sənin üçün" demək keçir. Haqqında yazmaqla camaatın qanını qaraltmaq istəməzdik. Amma adını çəkdiyimiz məqalədə bir maraqlı nüans var. Deməli, "Avropaya necə gəlmək olar" məqaləsində belə bir fikir səslənir: "Səni burda gözləyən yox, iş vəd edən, ev söz verən yox, külfətlə durub gəlirsiniz bura, Avropanın da zibili çıxır, özünüzə də bir gün ağlaya bilmirsiniz... gəlib burda bıçaqlaşmaq, intihar etmək, polis girov götürmək və sair oğraş işlərlə məşğul olub bizi biabır eləmək lazım deyil. " Məqaləsində bu sözləri hansı o...şa atır deyə bilmərəm, amma zahirən görünür ki, ora getmək istəyən azərbaycanlıları o bu cür görür: o...aşlıq etmək, intihar, girov götürmək və s. İndi bu adam öz aləmində güya kültür sahibi, avropalaşmış, dahi bir yazardır. Güya özünün Avropaya yaraşdığını hesab edib də digərlərini Avropaya yaraşdırmır. Halbuki Avropaya gedən varsa ordakıların qaşına-gözünə vurulub getmir. Nəsə müşkülü var, ölkədə dolana bilmir yəqin. Sən isə öz xalqına kömək etmək əvəzinə aşağılayırsan. Zamin Hacı da Avropanı çox sevir. Göndərsələr bu dəqiqə qaçar Avropaya. Amma müsəlmana ilişən, avropalının ayağına verən bu adamlara elə Əkbər Əli özü gözəl nümunədir. Adam burda tərbiyəsiz kitablarla şöhrət olmaq istəyirdi, Avropaya getdi ki, bəlkə Avropa mədəniyyətinə qaynayıb qarışar. Amma adam düzəlmək əvəzinə bir az da zibili çıxıb. Elə buradan belə bir nəticəyə gəlmək olur ki, bu cür qozbelləri Avropa da düzəldə bilməz. Avropada həb yoxdur ki, hop edib atasan, dönüb mələk olasan. Belələrini elə qəbir yaxşı düzəldə bilər. Avropaya gedirlər, qəzetdə yazıları çıxır, ictimailəşirlər, amma düzəlmirlər ki, düzəlmirlər. Qəbirdə də düzəlməsələr vay hallarına. Amma mübarək dinimiz deyir ki, qəbir səni udmamış sən özünü ud, nəfsini ud, boğ onu, at ayağının altına tapdala.
3026 بازدید
در حال ارسال اطلاعات...