Şrift ölçüsü:
A+
A
A-
19 Ocak 2019

"...Allahın xəbərsiz olduğunu sanma..."

Allah heç zaman kafirlərin çirkin əməllərindən xəbərsiz olmamışdır
Allahın zülmkarların cəzasından qafil olmaması


وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ

"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır." (İbrahim, 42).

İzah: Kafirlərin dünyada rifah içində yaşamasının bütün (sözügedən) hikmətləri ilə yanaşı bu məqamı da nəzərdən qaçırmaq lazım deyil ki, Allah heç zaman kafirlərin çirkin əməllərindən xəbərsiz olmamışdır və onları dünya əzablarından daha böyük əzablara düçar edəcəkdir. Bu, zahirən sadə və ibtidai məsələ olsa da dünyada ilahi ədalətin gerçəkləşməsi üçün bir çox şübhələrə cavab verir. Yəni hamıya təkid edir ki, ilahi ədalət Axirət dünyasında tam olaraq həyata keçəcəkdir. O zaman ki, hər kəsdən ona verilən fürsətlər, bacarıqlar və imkanlar qədər tələb olunacaq, möminlər həqiqi mükafatlarını, yaxşı əməllərinin layiq olduğu əvəzi alacaq, kafirlər isə əməllərinin gerçək cəzasına çatacaqlar.

Hədis: İmam Əli (ə) “Elə bir günə hazırlaşın ki, gözlər bərələcək və nigaran-nigaran baxacaq, ağıl və huş qorxunun şiddətindən (başdan) çıxacaq.” (Qürərul-hikəm, c. 2, səh. 269, hədis: 2573).
6371 بازدید
در حال ارسال اطلاعات...