Şrift ölçüsü:
A+
A
A-
09 Haziran 2014

Atom bombasının dağıda bilmədiyi məscid! Fotolar

Kobe məscidi Yaponiyada tikilmiş ilk məsciddir. Bu məscid 1928-ci ildə Nakayamata Duri, Ço-koda tikilmişdir. Kobe sözünün mənası “Allahın qapısı deməkdir.
Bu məscid Hindistan memarlığı üslubunda və Can Cozef Şvager (Jan Josef Švagr) tərəfindən tikilmişdir.
Amazing Notes saytı yazır: Amerikanın Naqasaki və Xirosimaya atom hücumu, Kobe məntəqəsinin də çoxlu ziyan görməsinə və xaraba qalmasına səbəb oldu.
Nur-az.com-un əldə etdiyi məlumata əsasən Kobe məscidinin ətrafındakı tikililərin yerlə yeksan olduğuna baxmayaraq, bu məscid möhkəm və salamat qalmışdı. Yalnız divarları üzərində çatlar əmələ gəlmiş və pəncərələrinin şüşələri sınmışdı. Məscidin zahiri isə bombardmanın təsirindən qaralmışdı.
Bu məscidin zirzəmisinə sığınmış yapon əsgərləri bombardmandan salamat qurtuldular. Bu məscid müharibə qurbanlarının sığınacağına çevrildi. Müharibə qurtarandan sonra, bəzi İslam ölkələri məscidin yenidən qurulma xərclərini öz öhdələrinə götürdülər.
Bu məscid başqa bir hadisədə də öz möhkəmliyini sübuta yetirdi. 1995-ci ilin yanvar ayının 17-si, saat 05:46-da baş vermiş “Hanşin” zəlzələsi cəmi 20 saniyə çəkdi. Lakin, əksəriyyəti Kobe sakini olan 6433 yaponun ölümünə səbəb oldu. Amma Kobe məscidi bu zəlzələdə dağılmadı.
Amerikanın Yaponiyaya atom hücumundan sonra salamat qalan Kobe məscidi

مسجدی که بمب اتم آن را ویران نکرد!
مسجدی که بمب اتم آن را ویران نکرد!
مسجدی که بمب اتم آن را ویران نکرد!
7094 بازدید
در حال ارسال اطلاعات...