Şrift ölçüsü:
A+
A
A-
09 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayının müraqibətləri (2)

Rəcəb ayının birinci gecəsi ibadət edərək oyaq qalmağa təkid olunmuş dörd gecədən biridir
Rəcəb ayının birinci gecəsi
Bu ayın müraqibətləri sırasında salik “haram ay”ın mənasına diqqət etməli və onun haqqını tanımalıdır ki, öz hərəkət və duruşunda, hətta qəlbindən keçirdiklərində də özünü gözləsin. Bilməlidir ki, bu üç ay (Rəcəb, Şəban və Ramazan) ibadət mövsümüdür.
Rəcəb ayının birinci gecəsi ibadət edərək oyaq qalmağa təkid olunmuş dörd gecədən biridir.

Birinci: Təzə ayı gördükdə dua oxumaq
Bu gecənin əməllərindən biri budur ki, birinci gecə ayı gördükdə rəvayət olunmuş duanı oxusun. Yaxşı olar ki, bu duanı oxuduqda Şəban və Ramazan aylarını da xatırlasın, Allahdan istəsin ki, o iki ayda da ibadət etməyə layiq olsun. Dua vaxtlarında o iki ayı çox xatırlasın, beləliklə dua vasitəsilə onda Şəban və Razmazan aylarına daxil olmağa hazırlıq yaransın. Yaxşı olar ki, işa namazından sonra Seyidin “İqbal” kitabında nəql etdiyi duaları oxusun.

İkinci: Namaz
“İqbal”da “Rovzətul-abidin” kitabından bu gecəyə aid namazlar nəql olunmuşdur. Özüm kimi zəif kəslər üçün bu namazlar arasında ən asan olanını qeyd edirəm.
Allahın rəsulundan (s) rəvayət olunub ki, hər kim Rəcəb ayının birinci gecəsi məğrib namazından sonra iyirmi rəkət namaz qılsa və hər rəkətdə “Həmd”dən sonra bir dəfə “Qul huvəllah” oxusun. Hər iki rəkətdən sonra salam oxusun. Allahın rəsulu (s) buyurdu: “Bu namazın savabını bilirsinizmi?” Səhabələr dedilər: “Allahın rəsulu (s) bilir.” Peyğəmbər (s) buyurdu: “Ruhul-əmin bu namazı mənə öyrətdi.” Sonra həzrət qollarını çırmalayıb buyurdu: “Hər kim bu namazı qılsa, özü, ailəsi, malı və övladları amanda qalar, qəbr əzabından ona pənah verilər, siratdan hesab-kitabsız və ildırım kimi keçər.”
Bu kitabda daha asan bir namaz nəql olunuşdur.
Peyğəmbər (s) buyurdu: “Hər kim Rəcəb ayının birinci gecəsi işa namazından sonra iki rəkət namaz qılsa və onun birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ələm nəşrəh”, üç dəfə “İxlas” surəsini oxusa, ikinci rəkətdə “Həmd”dən sonra “Ələm nəşrəh”, “İxlas” və “Muəzzətəyn” -yəni “Nas” və “Fələq” surələrinin hər birini bir dəfə oxusa, namazın salamını verdikdən sonra otuz dəfə “La ilahə illəllah” və otuz dəfə “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” desə, onun keçmiş günahları bağışlanar, anadan doğulduğu gün kimi günahlardan təmizlənər.”
“İqbal”da “Ət-Tuhfətul-hələvani” kitabından bu ayın bütün gecələri üçün namaz nəql olunmuşdur. Allahın rəsulu (s) buyurdu: “Hər kim Rəcəb ayında hər gecə iki rəkət olmaqla 60 rəkət namaz qılsa; onun hər rəkətində “Həmd”dən sonra üç dəfə “Qul ya əyyuhəl-kafirun”, üç dəfə “Qul huvəllah” surələrini oxusa, namazın salamından sonra əllərini qaldırıb desə:

«لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لاَ يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ إِلَيْهِ الْمَصِيرُ وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ‏ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ آلِهِ‏»

“La ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu yuhyi və yumitu və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəyin qədirun və iləyhil-məsir. Və la hövlə və la quvvətə illa billahil-əliyyil-əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil-ummiyyi və alih.”
Sonra əllərini üzünə çəksə, Subhan Allah onun dualarını qəbul edər, altmış həcc və altmış ümrənin savanıbı ona verər.”
Gecənin qalan hissəsini gecə namazının vaxtı gəlib çatana kimi zikr, təfəkkür, yaxud öz halına uyğun münacatla keçirsin. Gecə namazı vaxtı çatdıqda onu yerinə yetirsin, səkkiz rəkət gecə namazından sonra səcdəyə getsin və səcdədə “İqbal” kitabında İmam Kazimdən (ə) nəql olunanı oxusun. Vitr namazından sonra “İqbal”da gəlmiş iki duanı oxusun, ikinci duanın hissələrini hüzuri-qəlb və məzmununa diqqət etməklə oxusun ki, duada təkcə sözün tələffüzü olmasın. Çünki əgər duada təkcə sözün tələffüzü olsa və bu miqdarla kifayətlənsə, ibadəti heyvanların ibadəti kimi olar. Səy etsin ki, öz duasında sadiq və doğruçu olsun, Mütəal Allaha Onun hüzuru olduğu bir məclisdə və dua məqamında yalan deməsin. Çünki bu iş dua edən kəs üçün böyük təhlükədir. Əgər onun halı Allahına dediyi mətləbləri təsdiq etmirsə, onda öz sözündə bəzi mənaları məcazi olaraq qəsd etsin. Bunu da edə bilməsə, sözləri elə təbir etsin ki, aşkar yalan və batil iddia olmasın. Çünki Allaha məhəbbətin mənasını bilməyən kəs, bu duada necə Onunla ünsdən danışa bilər? Yaxın olmağın həqiqətini dərk etməyən kəs, necə “məni günah girdabından çıxart və Özünə yaxın et, yaxınlıq qülləsinə ucalt” deyə bilər? Yaxud duanın bunlar kimi digər hissələri.
2320 بازدید
در حال ارسال اطلاعات...