Şrift ölçüsü:
A+
A
A-
19 Haziran 2014

İnsana qalan halal zəhmətlə qazandığıdır

Quran və iqtisadiyyat


Hər birimiz dəfələrlə eşitmişik ki, Quran insana həyat proqramı verən ilahi kitabdır. Ən üstün proqram olan Quranda həyatımızın bütün sahələri nəzərə alınıb. Ən cüzi nöqtələr nəzərdən qaçırılmayıb. Sual yaranır ki, inandığımız bu həqiqətə əməl edirikmi? Gündəlik həyatımızda Quranın yeri varmı?

Aydın olan budur ki, Quran həyatımız üçün ən lazımlı göstərişlər verir. Əgər Qurana əməl etsək iqtisadiyyatımızdakı problemlər həll olar.

Müxtəlif ölkələr və cəmiyyətlərdə müxtəlif qanunlar hakimdir. Bəzi dövlətlərdə şəxsi mülkiyyət toxunulmazdır. İnsanın zavodu, şirkəti, evi, maşını, bahalı əşyaları onun toxunulmaz mülkiyyətidir.

Amma Çin, Kuba kimi kommunist ölkələrdə xüsusi mülkiyyət qanuni sayılmır. Belə ölkələrdə vətəndaşın fabrik və zavod kimi qiymətli mülkü ola bilməz.

Mülkiyyətin bir növü də mənəvi mülkiyyətdir. Bir ad, bir əlamət, bir istehsal üsulu mülkiyyət sayıla bilər.

Islam hansı mülkiyyəti qəbul edir? İslamda qəbul olunan mülkiyyət forması az ölkələrdə mövcuddur. Quran təlimlərinə əsasən mülkiyyətin aşağıdakı növləri var:

1. İlahi mülkiyyət
Qurana görə varlıq aləmində nə varsa onun həqiqi sahibi Allahdır. Allah öz mülkündən insana nələrisə verə bilər. Quran buyurur ki, göylərdə və yerdə, onlar arasında olan nə varsa Allahın mülküdür.

2. Allah övliyalarının mülkiyyəti.
Allah özünü hər şeyin maliki, sahibi tanıtdırdıqdan sonra öz peyğəmbər və övliyalarına verdiyi mülkiyyətdən danışır. Allah bildirir ki, mülk sahibi olmağa peyğəmbər möminlərdən daha layiqlidir. Yəni Allahın rəsulu möminlərə onların özündən daha yaxındır.

3. Fərdi mülkiyyət
Allah əvvəlcə özünü, sonra övliyalarını mülk sahibi hesab etsə də fərdlərin də mülkiyyət hüququnu tanıyır. Insanların hüququ ilə bağlı dəqiq qanunlar təqdim edilir. Allah buyurur ki, iman gətirən insanlar bir-birlərinin malını qəsb etməsinlər. Amma bigünkü dünyada kapitalistlərin əldə topladığı hədsiz kapital Allahın fərd üçün nəzərdə tutduqu kapital deyil. Bugünkü dünyada kiçik bir qrup böyük sərvət toplayır, milyonlar aclıq içində yaşayır. Allah bu fərqi aradan qaldırmaq üçün xüms, zəkat, sədəqə, qərzülhəsənə kimi ödənişlər nəzərdə tutur. Islamda sələmçilik, möhtəkillik kimi işlər cinayət sayılır. Allah buyurur ki, qızıl-gümüş yığıb Allah yolunda xərcləməyənlər üçün əzab var.

Varlı adam yoxsul cəmiyyətin ağır vaxtında olanını toplayıb istifadəsiz saxlaya bilməz. Onun pulunun dövriyyədə olması zəruridir.

Insan varlı və ya yoxsul olduquna görə quranda nə təriflənir, nə də qınanır. Əsas məsələ sərvətin miqdarı yox, onu haradan qazanıb haraya xərcləməkdir. Allah insana tövsiə edir ki, Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et, axirəti unutma.

Islam iqtisadiyyatını qərb və şərq iqtisadiyyatından fərqləndirən budur ki, sərvətlər insanın səadəti yolunda xərclənməlidir. Məqsəd insanın kamala çatmasıdır. Bütün maddi imkanlar insanın tərbiyəsi xidmətində durmalıdır. Allah buyurur ki, var-dövlər, övladlar imtahan vasitəsidir.

Buyurulur ki, həqiqi sərvət iman və saleh əməldir. Kim iman gətirib əməlisaleh olsa onun mükafatı ikiqat artıqdır.

Ruzi Allah tərəfindəndir. Buyurulur ki, bütün yaranmışların ruzisi Allahın öhdəsinədir. Insan yanlız Allahdan ruzi istəməlidir. Bununla yanaşı bildirilir ki, Allah gündüzü ruzi qazanmaq üçün qərar verib. Ruzi qazanmaqın ən yaxşı yolu halal zəhmətdir. Quran buyurur ki, insana qalan yanlız halal zəhmətlə qazandıqıdır. Rüvət, sələmçilik, istismar, zorakılıqla əldə olunan pul haram sayılır.

Allah problemlərin həll yolu kimi təq valı olmaqı tövsiə edir. Allah buyurur ki, kim Allahdan qorxsa Allah onun işlərindəki çətinliyi həll edər. Günah və küfr nemətin qarşısını alar, bəla gətirər.

Imam Sadiq buyurur: “Allah yanlız təlaşla ruzi qazanmaq yolu açıb. Insan işləməli, tənbəllik və bekarçılıqdan uzaq olmalıdır.” Imam (ə) buyurur ki, insana ehtiyac duyduqu şey zəhmət çəkmədən verilsəydi həyatın ləzzəti olmazdı.

Quran iqtisadiyyatın çiçəklənməsi üçün alıcı və satıcılara tövsiyələr verir. Satıcılara tapşırılır ki, tərəziləriniz düz olsun. Əmanəti sahibinə qaytarmaq, alış-verişdə razılaşmanı yazılı şəkildə sənədləşdirmək tapşırılır. Tövsiə olunur ki, malınızı nadan və etibarsız adamlara tapşırmayın. Alış-verişdə and içməmək, satılan malın qiymətini öldürməmək tövsiyə olunur.

Islam iqtisadiyyatını dirçəltmək, yoxsulluqun qarşısını almaq üçün tapşırılır ki, həm israf etməyin, həm də xəsislikdən çəkinin. Yəni düzgün yol orta yoldur. Peyğəmbər buyurur ki, Allah yanında orta yoldan sevimlisi yoxdur. Quran buyurur ki, xəsislikdən əlinizi sıxmayın, səxavətdən əlinizi açıq saxlamayın.

Əgər müsəlmanlar Quranın bu iqtisadi göstərişlərinə əməl etsələr yoxsulluq aradan qalxaq, cəmiyyətə mötədillik hakim olar. Quran buyurur ki, sizi orta ümmət qərar verdik.

İstinad edilən ayələr:
Maidə, 120; Əhzab, 6; Nisa, 29; Ənfal, 41;Bəqərə, 110; Talaq, 7; Bəqərə, 245; Tovbə, 34; Qəsəs, 77; Ənfal, 28; Səba, 37; Hud, 6; Ənkəbut 17; Nəbə, 11; Nəcm, 39; Bəqərə, 188; Bəqərə, 275 Talaq, 2,3; Rum, 41; Şuəra,182; Nisa, 58; Bəqərə, 282; Nisa, 5; Qələm, 10; Şuəra, 183; Furqan, 67; İsra, 29; Bəqərə, 143

Həmid Abidi Nur-az/hawzah
6086 بازدید
در حال ارسال اطلاعات...