Şrift ölçüsü:
A+
A
A-
25 Haziran 2014

Rəhbər ramazan ayı haqqında

Mübarək ramazan ayının başlaması müsəlmanlar üçün həqiqətən də böyük bayramdır. Yeri var ki, möminlər bu ayın başlaması münasibətilə bir-birlərini təbrik etsinlər, bu aydan daha yaxşı istifadə üçün bir-birlərinə tövsiyə versinlər. Bu ay ilahi ziyafət ayıdır. Bu ayda yalnız möminlər və bu ziyafətə qədəm qoyanlar Allahın süfrəsində əyləşər. Bu süfrə bütün insanların, hətta büyün mövcudların bəhrələndiyi ilahi süfrədən fərqlidir. Bu xüsusi süfrədir və xüsusi ziyafətdir.

Cümə namazı xütbələrindən

***

Ramazan ayı bizim cəhənnəm kimi yanan maddi dünyamıza Allahın hər il behiştdən gətirdiyi bir paydır. Bizə imkan yaradılır ki, bu ayda ilahi süfrə kənarında behiştə daxil olaq. Bəziləri həmin 30 günü behiştdə olur, bəziləri bu 30 gün hesabına bütün ili behiştdə keçirir, bəziləri də bütün ömrünü behiştə çevirir. Elə adamlar da var ki, bu süfrə kənarından biganəliklə, qəflət içində ötüb-keçir. Buna təəssüf etmək lazımdır və bu böyük zərərdir. Bir insanın imkanı çatdıqı halıda, təkamül etmək fürsəti ola-ola belə əzəmətli süfrədən istifadə etməməsi hamıda təəssüf doğura bilər. Bu, ramzan ayıdır, Allahın ziyafət ayı, leylətül-qədr ayı!

Böyük Rəhbərin bəyanatlarından

***

Rəvayətdə deyilir ki, ramazan ayında səma qapıları açılar. Yəni bu ayda insanın Allahla qəlbən rabitəsi həmişəkindən asan olar. Ərşin qapılarının açıq olamı o deməkdir ki, oruc, Allaha diqqət, Allah xofu sayəsində insan üçün xeyir əməl fürsəti yaranar. Fürsət deyəndə insanın axtardıqı şeyi tapması başa düşülməməlidir. Məqsədə çatmaq üçün istək və iradə, eləcə də hərəkət lazımdır. Hər zaman belə fürsət var və biz bundan faydalana bilərik.

Böyük Rəhbərin bəyanatlarından

***

Biz il boyu, nəfs istəkləri ilə mübarizə dolu yolda öz əməllərimizlə yaratdığımız qaranlıqda problemlərlə üzləşirik. Bəzən insan özündə dua ruhiyyəsi yarada bilmir. Bəzən gözdən bir damla yaş çıxması çətin olur. Çünki yol çətindir, xəta və günahlarımızla əhatə olunmuşuq. Amma ramazan ayı dövründə hərəkət etmək asanlaşır. Bu ona bənzəyir ki, məqsədə doğru bir qədər piyada gedirsən, bir qədər sudan ya bataqlıqdan keçirsən. Sonra rahatca təyyarəyə əyləşib məqsədə çatırsan. Ramazan ayının başlanması çətin yolda hava limanına çatmaq kimidir. Allah-Taala rəmazanda yolu hamar edib, bu ayın fəzasında çətinliklər yoxdur. Siz oruc tutmaqla nəfs istəklərini zəncirləyirsiz. Bu ibadətlər, dualar, zikrlər, qədr gecələrində raz-niyazlar sizi çox-çox irəli atan rahat vasitələrdir. Il uzunu başqa ayalarda metr-metr gedilən yol təlaş göstərməklə ramazanda kilometr-kilometr keçilir. Bu əsasla Allahın övliyaları ramazan ayının gəlişindən sevinir, ondan ayrılanda göz yaşı axıdırlar.

Böyük Rəhbərin bəyanatlarından

***

Ramazan ayında elə bir xüsusiyyət var ki, il boyu Allahdan qəflət, xətalar içində çabalayan insan bu ayda öz ruhunu yüksəltmək imkanı qazanır. Bu ayda Allaha, ilahi əxlaqa yaxınlaşmaq fürsəti var.

Böyük Rəhbərin bəyanatlarından

***

Həzərət Peyğəmbərin (s) bu ayı ilahi ziyafət ayı adlandırması böyük bir sözdür. Necə ola bilər ki, insan bu ilahi süfrəyə əyləşsin və ondan istifadə etməmiş ayaqa qalxsın?! Təbii ki, bu ayda ilahi ziyafətə daxil olmayanlar əli boş qalacaq. Bu süfrədən məhrumluq gerçək bir məhrumiyyətdir. Əsl məhrum o şəxsdir ki, ramazan ayında Allahın mərhəmətini qazana bilıməsin.

Böyük Rəhbərin çıxışlarından

***

34 rəkət nafilə namazları çox dəyərlidir. Ramazan ayı bu namazları yerinə yetirmək üçün yaxşı fürsətdir. Biz çox vaxt nafilə namazlarını qılmırıq. Amma ramazan ayında yaxşı fürsət var. Oruc ağızla namaz qılmaqdan yaxşı iş nədir?! 4 rəkət günorta namazından əvvəl 8 rəkət nafilə qılınır. 8 rəkət də əsr namazından qabaq yerinə yetirilir. Axşam nafilələri daha əhəmiyyətlidir. 11 rəkət gecə nafiləsi, 2 rəkət sübh nafiləsi qılınır. Bəzi adamlar üçün adi günlərdə sübh namazından qabaq oyanıb gecə namazı qılmaq çətin olur. Ramazanda isə həmin vaxt istər-istəməz oyaq olursan. Bu ilahi tövfiqdir. Allahın ramazanda yaratdıqı fürsətləri nemət sayaq.

Böyük Rəhbərin bəyanatlarından

***

Ramazan ayında diqqətlə çalışıb xətaların əvəzini çıxmaq olar. Əbu Həmzə duasında gözəl ifadələr var. Dua edən şəxs belə erz edir: “Ey mənim Allahım! Mən Sənə ümid etməyi başqalarına ümid etməkdən üstün sayıram. Başqalarına sığınmaq əvəzinə Sənə sığınıram. Bilirəm ki, Sənə doğru hərəkət edən insan üçün yol qısalır...”

Böyük Rəhbərin bəyanatlarından

***

Imam Səccad (ə) çox dəyərli Əbu Həmzə duasında qiyamət qorxusunu yada salır: “Üryan və zəlil halda, ağır əməl yükü çiynimizdə olacaq qiyamət gününü yada salıb bu gün ağlayırıq.” Bəzilərinin üzü gülür, sevinc içindədirlər. Onlar kimdir? Elələri var ki, zahiri dünyada, əsli sonraki həyatda olan sirat körpüsündən keçə biliblər. Sirat körpüsü bəndəlik, təqva körpüsüdür. Əgər dünyadaki siratdan keçə bilsək cəhənnəmin üzərindəki əsl siratdan da keçə biləcəyik. Həqiqi möminlər bu körpüdən ildirim kimi sürətlə keçər. Oradaki böyük qorxu həqiqi möminləri qəmləndirməz.

Böyük Rəhbərin bəyanatlarından

***

Ilahi ziyafət ayı olan ramzanda Allahın qonaqlığı mənəvi qonaqlıqdır. Rəhmət qapılarının açılması bəndələrin bu aydakı savabının ikiqat artmasıdır. Ramazanda oruc tutmaq ilahi ziyafətin nemətlərindəndir. Oruc tutmaq ruhun paklanmasına köməkdir. Bu ay həm də Quranın baharıdır. Quranla ünsiyyət İslama münasibətdə mərifətimizi artırır. Islam cəmiyyətinin bədbəxliyi Qurandan uzaqlıqla bağlıdır. Quranla ünsiyyətdə olmayan, onun mənalarını anlamayan insanın vəziyyəti məlumdur. Ana dili Quran dili olan, Quranı başa düşsə də onun ayələri barədə düşünməyən insanlar da məhrumdur. Allah buyurur ki, möminləri kafirlərin əsarəti altına salmayıb. Quran dilində danışanlar ona əməl etməməklə əsarət altına düşür. Quran ayələrinə diqqətsizlik, bu ayələr haqqında düşünməmək İslam ölkələrini geri salıb.

Böyük Rəhbərin bəyanatlarından

***

Dostlar çalışsınlar ki, hər zaman, xüsusilə ramazanda Quran tilavəti yaddan çıxmasın. Quranı gündəlik həyatdan çıxarmaq olmaz. Hökmən Quran oxuyun. Bacardıqınız qədər oxuyun və düşünün. Quranı düşünmədən tələsik oxumaq lazım olan bəhrəni verməz. Necə oxunsa faydası var, amma yetərincə deyil. Insanın Qurana Allah kəlamı kimi baxması da təsirsiz deyil. Heç kimə deyə bilmərik ki, Quranı bu şəkildə oxumasın. Amma ayələri düşünərək oxumaq daha faydalıdır. Insan ərəb dilini bilsə və ya tərcümədən istifadə etsə, təkrar-təkrar diqətlə oxusa Quranın məzmunu ilə tanış olar. Bunu yoxlayın. Birinci dəfə 10 ayə oxuyanda diqqətsizlik olursa, təkrar-təkrar oxuduqda insan düşüncəsi Quranla ünsiyyətə daxil olur. Biz buna ehtiyaclıyıq.

Böyük Rəhbərin bəyanatlarından

Vilayet.nur-az.com
5969 بازدید
در حال ارسال اطلاعات...