Şrift ölçüsü:
A+
A
A-
23 Temus 2021

Azərbaycanın Cubbulu hocası Elşad Miri və qurbanlıq qoyun

Türkiyənin Cübbəli hocası kimi Azərbaycanın Cubbulu hocası Elşad Mirini də İran adı gələndə sanki qaşınma tutur. Türk qardaşlarımız demişkən adam çıldırır, dəliyə dönür.

Xüsusilə ötən illərin Qurban bayramlarının birində kök qoyun kimi piylənmiş bədənini salladıb çəmənlikdə oturub İranın əleyhinə danışırdı. Bu il də Qurban bayramı günlərində camaat xoşhal olduğu halda Elşad Miri deyəsən səhər tezdən üzünü yumamış sosial şəbəkələrdə görüb ki, QMİ sədri Allahşükür Paşazadə İrandan, Qarabağdan və Ayətullah Seyid Əli Xameneidən danışıb. Deyib ki, Həzrət Ayətullah Xameneinin Qarabağla bağlı buyurduğu fətva qələbənin carçısı olub və biz Qarabağı işğaldan azad etmişik. Sanki “spiçka vurulmuş” sionist nökəri olan bəzi media mənsublari kimi əslində ilahiyyatçı yox, jurnalist olan Elşad da gözlərinə inanmayıb. Gedib üzünü-gözünü yuduqdan, qulaqlarını təmizlədikdən sonra bir daha qulaq asıb və görüb ki, doğrudan da düz eşidib.

Hər Qurban bayramında tez-tez şuluq salan Elşad Mirinin sərsəmləmələrini eşidəndə adam düşünür ki, niyə görə hər il Qurban bayramında yazıq qoyunların əvəzinə bir dəfə Elşad Mirini kəsmirlər? Bu təhqir deyil. Çünki əgər, doğrudan da o, ilahiyyatçıdırsa, ərəb dilini bilirsə bilir ki, ərəb dilçiliyində Bəlağət elmi deyilən bir elm var. Bu elmin bəhslərindən biri də təşbihdir. Məsələn, Elşad Mirinin fəzilətlərini heç vaxt eşitmək istəmədiyi, haqqında söz düşəndə qulaqlarını barmaqları ilə tıxadığı İmam Əli (ə) şir kimidir deyilirsə, burada təşbih edilir, yəni, İmam Əli (ə) şirə oxşadılır. Niyə? Çünki arada bənzərlik var. Bu bənzərlik də vəchi şəbəhdir. Yəni, şücaət. Yəni, İmam Əli (ə) şücaətli olduğu, heç kimdən qorxmadığı, düşmənləri cəhənnəmlik etdiyi üçün onu şirə bənzədirlər. Biz də Elşad Mirini təhqir etmirik, sadəcə təşbih edib onu qoyuna bənzədirik. Arada vəchi şəbəh (ortaq nöqtə) də Elşad Miri və qoyunda olan qoyunluqdur.
İndi isə Elşad Mirinin qoyun olmasına dair fikirlərimizi – bütün qoyunlardan üzürxahlıq edərək -əsaslandıraq. Elşad Mirini qoyunluğu da burdan başlayır. Deməli, QMİ sədri fətvadan danışır, deyir ki, bu fətva bizi qələbəyə apardı. Cubbulu hocasa özünü lezvalayır, həyasız arvadlar kimi səsini başına atıb deyir ki, bəs bizim övladlarımızın qanı, nə bilim İsrailin raketləri, o, bu – bütün bunlar necə oldu? Adam o qədər qoyundur ki, anlamır ki, fətva vermək ayrı şeydir, gedib qan vermək, silah-sursat almaq başqa bir şeydir. QMİ sədri demir ki, iranlılar gedib orda vuruşub və sən də səsini başına atıb deyəsən ki, yoxe bizim öz oğullarımız vuruşub orda. QMİ sədri deyir ki, İranın Ali Dini Lideri Qarabağı haqqında fətva verib. Bu iki şeyin (fətva və Qarabağda can vermək, texnika almaq) arasında ziddiyyət yoxdur. Sanki bir şagird deyir ki, Allah müəlliməmdən razı olsun, bizə elm öyrədib, yazmaq-oxumaq öyrədib, Elşad Miri də şüvənlik edib deyir ki, bəs ata-ananın sənin üçün çanta, kitab-qələm alması, əlindən tutub məktəbə aparması necə olsun? Burda paradoks yoxdur ki. Silah-sursat da alınıb, oğullarımız da şəhid olub, fətva da verilirb. Sən neyləmisən ay Cubbulu? Buna görə də düşünürük ki, tam olaraq Elşad Mirini qoyuna bənzətməyə haqqımız vardır.
468 بازدید
در حال ارسال اطلاعات...