Şrift ölçüsü:
A+
A
A-
28 Temus 2021

Ərdoğan siyasətinin “küçük” siması

Və yaxud siyasətin murdar sifəti

QMİ sədrinin Ayətullah Xamenei ilə bağlı səsləndirdiyi məlum fikirləri söyləyənə qədər hər şey “əla” gedirdi. Siyasətin “abrı” az-çox örtülmüşdü. Heç kim heç kimə dəyib dolaşmırdı. Türkiyə Qarabağ savaşının zəfərində özünü şərik etməyi bacarmışdı, İran da Azərbaycanın İlham Əliyev də başda olmaqla rəsmi nümayəndələri tərəfində bu imtahandan “üzüağ” çıxmışdı. Türkiyənin araqarışdıran, jurnalist adıyla Azərbaycana gəlib “küpəgirən qarı” funksiyasını yerinə yetirən sionist media mənsubu belə müsahibə aldığı İlham Əliyevdən İranla bağlı ağzının payını almışdı. Pantürklər “İranı Qarabağ məsələsində Ermənistana kömək edən dövlət kimi göstərə bilmədik” deyib müvəqqəti geri çəkilmişdilər. Çünki İlham Əliyev məsələyə qarışmışdı. Bunlar da özlərinin sionist nökəri yox, dövlətçilik tərəfdarı olduqlarını sübut etməyə çalışdıqları üçün daha ağızlarını yummuşdular. Amma, ağızları yenə açıldı.

İndi bir yandan ölkəmizdəki pantürk sionistlər, digər tərəfdən də Türkiyədəki sionist nökərləri başlayıb QMİ sədrinin qabırğasına döşəməyə. Siyasətin çirkin siması burda bir daha özünü biruzə verir. Adama yer edən budur ki, bu cür murdar siyasət oyunbazları durub İslamı başqa vaxt gözümçıxdıya salıb deyir ki, din siyasətə qarışsa pis olar. Məgər, sizdən də pis? Əslində bu hoqqabazlar öz murdar simalarını gizlətməyə çalışırlar, bilirlər ki, din gəlsə bunların “dədəsini yandıracaq”, ona görə qorxurlar.

Şərqi qançanağına döndərən, regionda ABŞ və İsrailin maraqlarına xidmət edən Ərdoğan siyasətinin indi də “küçük” siması ortaya çıxıb. Adam durub deyib ki, Ayətullah Xamenei bir yandan Azərbaycana fətva göndərir, digər yandan Ermənistana silah... Daha sonra Azərbaycanda hörmətə minib-minməməsini öyrənmək üçün sosial şəbəkələrə daxil olub görüb ki, insanların hamısı ondan danışır. Bütün sosial şəbəkələrdə bunun adı hallanır. Amma, iki sözdən ibarət olan soyadı mürəkkəb olduğu halda ayrı-ayrı yazılır: Küçük Yılmaz. Ya da Ərdoğanın küçüyü. Adam da sevinir ki, nə yaxşı ki, bütün Azərbaycanda ondan danışırlar.

Çirkin və murdar sima isə bundan ibarətdir ki, sən demə bir zamanlar Əsədin üzünə güldüyü kimi indi də İlham Əliyevin üzünə gülən Ərdoğanın bu müşaviri, elə dolayısı ilə Ərdoğanın özü də heç İlham Əliyevin İranın haqqında dediyi müsbət sözlərə inanmayblar. Sadəcə prezident deyir bir şey deməyək deyib söhbəti bağlayıblar. QMİ sədri isə danışan kimi barıt kimi partlayıb öz çirkin simalarını ortaya qoydular. Məlum oldu ki, bunlar İlham Əliyevə heç inanmayıblar. İnansaydılar Ərdoğanın müşaviri bu cür gerizəkalı bəyanatlar verməzdi. Açıq-aşkar İranın Ermənistana silah yolladığını qeyd edirlər. Amma, maraqlısı budur ki, görəsən Küçükyılmaz müəllim doğrudan da bu qədər dardüşüncəli adamdır? ABŞ və İsrail əleyhinə olan proseslərdə özünü gizlətməyən İran Ermənistana silah versəydi bunu Türkiyənin qorxusundan gizlədərdi, yoxsa Azərbaycanın?
395 بازدید
در حال ارسال اطلاعات...