Şrift ölçüsü:
A+
A
A-
17 Auğustos 2021

İmam Hüseynin (ə) hədisinin hər zaman üçün aktualdır

Məhərrəm ayının daxil olması münasibəti ilə İmam Zaman ağaya, təqlid mərcələrinə və bütün möminlərə başsağlığı veririk.

İslam dininin şüarları, əmrləri və qadağaları məlum olduğu kimi əbədiyaşardır və bütün insanlara aiddir. Həmçinin, İslam rəhbərlərinin şrif kəlamları da bütün zamanlar, məkanlar, insanlar üçün bir rəhbər olmalıdır. Təsadüfi deyil ki, məhz bu başçılardan uzaq düşən insanlar daim tarix boyu hidayət yolunu itirmiş və azğınların zümrəsindən olmuşdur.

Əbədiyaşar şərif hədislərin birində məzmun etibariylə İmam Hüseyn (ə) buyurur ki, cəddim Peyğəmbər (s) buyurub ki, kim bir zalım başçını görsə ki, Allahın halalını haram, halalını haram edir, ona qarşı sözü, əməli ilə etiraz etməsə Allah onu da həmin zalım başçının girəcəyi cəhənnəmə salacaqdır.

Bu cür şərif hədisləri hər zaman tətbiq etməyə çalışmalıyıq. Çünki doğrudan da hər zamanda və hər məkanda zalım başçıların vucunun olması istisna edilmir. Möminlər isə İmam Hüseynin (ə) və Peyğəmbərin (s) sözünə qulaq asıb bu başçılara zülm etdikləri üçün etiraz etməli, onların qarşısında dayanmalıdır. Belə olmadığı halda onlar daha da cürətlənəcək və həddi daha çox aşacaqlar. Çünki həm rəvayətlər, həm də ağlımız bizə bu cür başa salır ki, zalım başçıları zalım edən, zülmləri davamlı etdirən insanların zülm önündə susması, səsini çıxarmamasıdır.

Bu cür nurani hədislər təkcə Məhərrəm ayında, Məhərrəm məclislərində deyil, insan həyatında tez-tez xatırlanmalıdır. Çünki il ərzində ancaq Məhərrəm ayı münasibə ilə xatırlansa düzdür yenə də qəlblərin qəsavəti aradan gedər, qulaqlar haqq söz eşidər, amma gərək tez-tez deyilsin, eşidilsin ki, sonra iş-işdən keçməsin.
387 بازدید
در حال ارسال اطلاعات...