Şrift ölçüsü:
A+
A
A-
18 Auğustos 2021

Biz avropalaşınca Avropa bizdən birinə çevrilir?

Azərbaycanda çoxsayda insan Avropa dəyərlərindən ağız dolusu dəm vurur. İstər Fransa olsun istər Almaniya və ya başqa ölkə bütövlükdə insanlarımızdan eləsi vardır ki, hətta saxta sənədlə gedib Avropada fəhlə işləməyə belə razı olur. O, belə etməklə həm ailəsini dolandırmağa çalışır, həm də azad, demokratik hesab etdiyi ölkələrdən birində ömrünün qalan hissəsini azad yaşamağa çalışır.

Bu işin öz-özlüyündə yaxşı yoxsa pis olması bir yana qalsın, məsələ burasındadır ki, nə vaxtsa Azərbaycan da düzəlməlidir ya yox?! Yaxşı, sən get mən gedim bəs bu ölkəni kim düzəldəcək. Dəyərləri özlərinə qalsın, amma demokratiyası, azadlığı, firavan yaşayışı, elmi, təhsili, inkişafı varsa elə edək ki, bizim ölkəmizdə də bunlar olsun.

Üstəlik belə görünür ki, artıq Avropa ölkələrinin də demokratlığı yavaş-yavaş aradan gedir. Biz uzun uzadı xəyallar edirdik ki, Azərbaycan avropalaşsın, Avropa ölkələrində olan inkişaf, varsa demokratiya, söz-ifadə azadlığı bizdə də olsun amma biz avropalaşınca, Avropa ölkələri bizdən birinə çevrilir. Misal üçün Almaniyada vəziyyət bu dəqiqə pisdir. Xəbərdə deyilir ki, Almaniyanın paytaxtı Berlində 5 minə yaxın adam etiraz aksiyalarına qatılıb. Habelə “Covid-dissidentlərin” Berlin şəhərinin müxtəlif yerlərində ümumilikdə 13 nümayişi təşkil edilib. Onların qarşısını almaq üçün 2,2 min nəfər polis əməkdaşı səfərbər olunub. AzTV axır ki, Almaniyanın evini yıxmağı bacarır deyəsən.

Fransa da bədbəxt gündədir. Bu ölkədə epidemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə qarşı keçirilən aksiyada 200 mindən çox insan iştirak edib. Təkcə Parisdə aksiyaya 14 min 250 nəfər qatılıb.
Gördüyünüz kimi biz avropalaşa bilmədik, amma Avropa ölkələri artıq mitinq iştirakçılarını döyən bir polis ölkəsinə çevrilib. Əslində buradan AzTV-ə səslənmək lazımdır ki, bu cür materialları toplayıb arxivdə saxlasalar yaxşı olar. Vaxt gələcək, Azərbaycanda da 200 mindən çox adam mitinqlərə qatılacaq. Ya da ən azından Berlində olduğu kimi 5 min adam müxalifətin “Məhsul” stadionuna yığılacaq. Həmin vaxt təbii ki, polis məmurları dörd-dörd, beş-beş Azərbaycanda etiraz edənləri həbs edəndə Azərbaycanı qeyri-demokratik dövlət adlandıranların qabağına AzTV həmin materialları qoya biləcək. Qoyub deyəcək ki, baxın Almaniya, Fransada da polis xalqı döyə bilir.

Belə olmuş olsa belə yenə Almaniya və Fransa bizdən birinə çevrilmiş hesab edilmir. Çünki bu ölkələrdə “Məhsul” stadionu bom-boş olmur, camaat öz taleyinə biganə deyil. Fransada 200 min, Almaniyada 5 min adam mitinqə toplaşır. Biz də heç avropalaşa bilmirik. Çünki bizdə nəinki 200 min, heç 5 min nəfər də gözə dəymir.
387 بازدید
در حال ارسال اطلاعات...