Şrift ölçüsü:
A+
A
A-
04 Eylül 2021

Hitlersifət Eşşək Xan Əbilovun təklifi haqda bir neçə kəlmə

Neçə gündür axmağın birinin ailəsini yaman söyürlər. Əlbəttə, düz eləmirlər söyürlər. Məxluqun ailəsi ilə nə işiniz var? Ailəsi sizə nəsə edib ki?

Aydın Xan adı ilə tanınan bir məxluq çıxış edib (həmin çıxışından sonra Eşşək Xan adı ilə də tanınır) deyib ki, biz oturub fikirləşmişik və bu qərara gəlmişik ki, dünyada insan sayı azalmalıdır. Hətta, Hitlerə rəhmət oxutdurmaq da yadından çıxmayıb. Çünki Hitler dünya müharibəsi başlatmış, minlərlə insanın ölümünə səbəb olmuşdur. Eşşək Xan Əbilov da Hitlerdən ibrət alaraq növbəti müharibə çıxartmaq istəyir. Bütün sosial şəbəkə istifadəçilərini özünə düşmən etmək istəyir. İstəyir ki, beş-altı uşaq sahibi olan kişilərdən biri bunun qabağına çıxıb şil-küt eləsin. Səfeh adam hələ bir durub deyir ki, lazım gəlsə mən də intihar etməyə hazıram. Təki insan sayı azalsın. Adam intihar etmək əvəzinə durub xalqa eşşək deyir. Elə ona görə də ona Eşşək Xan deyirik. Durub dövlətə GÖZƏGİRƏNLİK edib deyir ki, dövlətdən uşaqpulu tələb edən eşşəklərə deyirəm ki, dövlət sizə pul verməməlidir. Fikrini də bu cür əsaslandırır ki, camaat yorğandan çıxmır, eşşək kimi uşaq əkir, sonra dövlətdən uşaqlarına pul istəyir. Ölkədə bu qədər GÖZƏGİRƏN var, bu Eşşək Xan müəllim hardan çıxıb GÖZƏGİRƏNLİK edir?

Xalqı təhqir edən Eşşək Xan müəllim unudur ki, eşşək hesab etdiyi uşaqlar sabah böyüyüb vətənin keşiyini çəkəcəklər. Onlar postda soyuqdan buz bağlayan vaxtlarda Eşşək Xan müəllim evində rahat yatacaq.
Elə bu yerdə Eşşək Xan müəllimdən soruşmaq lazımdır ki, eşşək balası hesab etdiyin bu uşaqlar gedib dövlət üçün xidmət edəcək, bəs bunu niyə demirsən? Niyə dövlətin vermədiyi uşaqpulu sənin gözünə girir.
Eşşək Xan müəllim eşşək boyda olub hələ də anlamayıb ki, xalqın balasını təhqir etmək olmaz. Bu vətəndə nə qədər vətəndaşın beş-altı balası var, dövlətdən də uşaqpulu istəyirlər. Sən nə haqla durub camaatı təhqir edirsən. Verdiyin təklif də gözünə girsin.
406 بازدید
در حال ارسال اطلاعات...