Şrift ölçüsü:
A+
A
A-
09 Eylül 2021

İrandan, ərbəindən, həcdən yazmaqdan başınız ayılsa bu məsələyə çarə tapın

İranı, ərbəini, əzadarlığı vurmağa çalışan, hər il həcc mərasimində, qurbanlıqda şikayətlənən axmaq insanlarımız var. Onlar deyir ki, İran ərbəin şəbəkəsi qurub, niyə ildə bir dəfə minlərlə canlı (qoyun) kəsilir, niyə pullar xərcləyib həccə gedirsiniz və başqa kimi axmaqlıqlarını biruzə verən sözlər danışırlar. Hər il də özlərinə zəhmət verib statistika izinə düşürlər ki, görəsən, bu il ərbəinə nə qədər adam gedib. Baxarsınız, bu il də ərbəinə gedən karvanlara hürən itlər tapılacaq.

İrana, ərbəinə hürən media qurumlarından biri müvəqqəti olaraq anti-din fəaliyyətinə fasilə verib (ola bilsin ki, qarşıdan gələn ərbəin zəvvarlarına yaxşı hürə bilmək üçün hazırlıq mərhələsinə çəkiliblər).

Azərbaycanda spirtli içkilərə xərclənən pulların statistikasını göstərib. Deməli, ötən il ölkəmizdə sən demə spirtli içkilərə 431 milyon manat xərclənib. Ən çox pul isə pivəyə xərclənib. 206 milyon manatdan çox. Son 5 ildə pivə istehlakı 51.5 faiz artıbmış. Arağa 171.2 milyon manat xərclənibmiş. Şəraba 38.2 milyon manat. Konyak da digər şeytan nəcislərindən geri qalmayıb, ona da 8.3 milyon manat pul xərcləyiblər.
Bu qeydləri oxuyan dili zikirli, İmam Hüseyn (ə) zəvvarı hər bir yaşlı nənəmiz heç şübhəsiz deyəcək ki, ərbəinə gedən hər bir zəvvarın daşı düşsün sizin başınıza. Elə ərbəin kimi ziyarətlər hər il yerinə yetirilir ki, insanlar günahdan uzaqlaşsın da. Dindarlar çalışırlar ki, ərbəin, əzadarlıq, din daha çox təbliğ olunsun ki, insanlar dinə imana gəlib şeytan nəcisindən uzaqlaşsın.

Bu cür sionist media qurumlarının bu cür araşdırmaları da təpələrinə dəysin. Çünki bu alçaqlar əgər, indiyədək İrana, ərbəinə hürmək əvəzinə insanların spirtli içkilərdən uzaqlaşması istiqamətində təbliğə vaxt sərf etsəydilər, indi bu qədər yüksək rəqəmlər olmazdı. Amma, bunlar sionist tulasıdır. Bunları Azərbaycan xalqı maraqlandırmır. Bunlar işğalçı İsraildən tula payı almaqdan ötrü bütün fəaliyyətlərini İran, din əleyhinə sərf edirlər. Daha sonra Azərbaycanı fəsad ağuşuna alanda da xəbər, reytinq olsun deyə bu cür xəbərlər dərc edirlər.

Onu da deyək ki, Azərbaycanın bu cür vəziyyətə düşməsinə demokratiya adı altında xalqı zəhərləyən, spirtli içkiləri qadağan etməyən hakimiyyətdən əlavə həm də sionist mediası səbəb olub. Belə ki, bütün günü ölkə dindarlarını İran agenti kimi göstərməyə çalışırlar. Digər tərəfdən İranın dini təbliğatının müqabilində dinsizliyi, şərəfsizliyi ölkədə yayırlar. Yayırlar ki, xalq dindən, imandan uzaq düşsün. Xalq dindən uzaq düşəndən sonra isə rahatlıqla gedib spirtli içkilərə və s. pis vərdişlərə aludə olacaq. Bunun əvəzində bircə dəfə niyə əxlaqsız yuvalarında, konsertlərdə, nəqliyyat vasitələrində vaksin kartı istənilmədiyi, basırıq olduğu halda, məscidlərə giriş üçün kart istəyir, 50 nəfərdən artıq insan buraxmırsınız mövzusunda bir iş görsəydilər dinimiz inkişaf edər, vətəndaşımızı özünü həlak etməkdən amanda saxlayardı.
344 بازدید
در حال ارسال اطلاعات...