Şrift ölçüsü:
A+
A
A-
22 Ocak 2022

Milçəyin qanının hökmünü soruşanlar və mərhum Tağıyevin təsbehinin dərdinə düşənlər

Təsbeh söhbəti çox ağır söhbətdir. Həm dindarlar arasında, həm də vorzakonlar arasında.

Hər iki dəstənin hörmətini və rəğbətini qazanan mömin, hacı bir xeyriyyəçi yaşayıb Azərbaycanda. Var-dövlətini kasıb-küsuba xərcləyən xeyriyyəçi. Min cür pozğunluğa pul xərcləyib amm kasıba əl tutmayan oliqarxlara nümunə olacaq bir insan olub Hacı Zeynalabdin Tağıyev. Allah ona qəni-qəni rəhmət eləsin.
Deməli, xəbərdə deyilir ki, Tağıyevin təsbehini, daha doğrusu Hacı üçün qoyulan heykəlinin təsbeh hissəsini qoparıb aparıblar.

Təsbehin söhbəti ağır söhbətdir. Yaşlı nənələr demişkən görəsən Hacının niyə daşı, daha doğrusu daş heykəlinin təsbehinin daşı ağır olub düşüb bəzilərinin başına? Niyə məhz təsbeh?

Daş başa düşəndə adam külbaş olmaqdan daha betər olur. Başa təsbeh dəyəndə isə ondan daha beşbetər. Çünki oğru aləmində təsbehin başa dəyməsi çox pis haldır. Amma təsbehi oğurlayan da bir oğrudur. Fəqət görünür vorzakonlardan fərqlidir. Çünki bildiyimiz qədər həqiqi vorzakonlar, lotular kimin qabağında diz qatlamasalar da Allahın yanında diz qatlamağı zapadlo hesab etmirlər. Təsbeh oğurlayan isə görünür din düşmənidir. Çünki adam gedib Rövşən Lənkəranskinin təsbehini oğurlasaydı deyərdik ki, bunu özünə şərəf hesab edir, özünün oğru aləmində yerinin olduğunu bu cür çatdırmağa çalışıb. Amma Tağıyevin təsbehi bir xeyriyyəçi, hacı, dindar, dili zikrli şəxsin təsbehidir. Bu təsbeh oğru aləminə yox, dindar adamlara aid təsbehdir. Bu təsbehi niyə oğurlayıblar.

Bir şeyi burda deməsək Allah da, dindarlar da elə Tağıyevin ruhu da bəlkə bizi bağışlamaz. O da budur ki, Kərbəla hadisəsi baş verib bitmişdi. Məlun qövm İmam Hüseynin (ə) mübarək başını kəsib nizələrə vurmuşdu. Allah zalım qövmə qiyamətə qədər lənət eləsin. Biş lənət. Daha sonra şeyxlərdən birinə gəlib kufəlilərdən biri belə bir sual vermişdi. Köynəyimə milçək qanı düşüb görəsən, bu köynəyin, bu qanın hökmü nədir? Həmin şeyx ondan haralı olduğunu soruşur. Sual verən deyir ki, kufəliyəm. Şeyx ona deyir ki, Allah sizi bağışlamasın, Peyğəmbər (s) balasının qanını tökmüsünüz, başını kəsib nizəyə vurmusunuz. İndi durub ağcaqanadın, milçəyin qanının hökmünü soruşursuz?

Elə bizim də aqibətimiz həmin kufəli günündədir. Allah bizi bağışlamaz. Şir kimi ruhanilər içəridədir. Pak adamlar şərlənib həbsə atılıb. Hacı Zeynalabdin Tağıyevlərin yetişməsində müstəsna rol oynayan, insanlara zikr, təsbeh, paklıq, xeyriyyəçilik öyrədən ruhanilər qandallanıb türmədə çürüyür. Onların gənclikləri oğurlanıb, biz dinmirik. Amma bir daş parçası oğurlanıb, bunu dinin düşmənçiliyi kimi qələmə veririk. O adamı tutub soruşsanız bəlkə də deyəcək ki, gedin cəhənnəm olun işinizlə məşğul olun. Ruhaniləri həbs eləmisiz vicdanınız sızlamır, daş parçası sevdasına düşmüsüz?
4132 بازدید
در حال ارسال اطلاعات...