Və ya balıq Hafizin Sabir versiyası
Qatı şiə düşməni, israil türkü olan Sabir Rüstəmxanlı mübarək Ramazan ayında bir yazı yazmışdı. Demişdi ki, Ömər İranı fəth elədiyi üçün iranlılar acığa düşüb Peyğəmbər (s) vətənində bayramla bağlı verilən fətvanın ziddinə fətvalar verirlər. Ramazan ayı bitəndən sonra isə sionist israil türklərinin konfransına qoşulub deyib ki, İranın düşmənləri olan "xalq mücahidləri" hələ də var və Bakıda gizli şəkildə yaşayırlar.
Həmin terrorçular quldurlar ki, mücahid bir xalqın və yenicə qurulmuş İslam dövlətinin ən qatı düşmənləri və daxili xainləri idilər. Yeni yaranmış İslam dövlətini məhv etmək istəyirdilər. Belə ki, mərhum şəhid Behişti, Rəcai, Bahunər və başqaları məhz bu xalq düşmənləri tərəfindən terror və şəhid edilib. Bu şəxslər adi insanlar olmayıblar. Şəhid Behişti, Bahunər əmmaməli ruhani olmalarındam əlavə həm də ölkənin rəsmi post sahibləri olublar. Mərhum şəhid Behişti məhkəmə rəisi, mərhum şəhid Bahunər baş nazir, həmçinin mərhum şəhid Rəcai də İslam dövlətinin prezidenti vəzifəsini tutublar. Deməli, Sabirin sözlərinə inanası olsaq belə çıxır ki, qonşu və qardaş ölkə olan İran cümhuriyyətinin düşmənləri Bakıda oturublar.
Burda konfransda İlham Əliyevin 20 nəfərlik siyahı söhbəti yada düşür. O deyir ki, prezident Ruhaniyə guya 20 nəfərlik siyahı verib ondan İranda yaşayan və güya Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərin Azərbaycana təhvil verilməsini istəyib. Sadəcə o gündən qorxmaq lazım idi ki, Həsən Ruhani və yaxud indiki prezident cənab İbrahim Rəisi, ya da başqa hansısa bir prezident İlham Əliyevə Azərbaycanda həbs edilən yüzlərlə ruhaninin, dindarın, siyasinin siyahısını verib deyərdi ki, müsəlman qardaşlarımızı həbsdən azad edin. Nə olsun onlar iranlı deyil əsas odur ki, müsəlmandılar və mövcud hakimiyyətin alçaqlığını ifşa etdikləri üçün həbs ediliblər.
İndi Azərbaycan tərəfinə İranın tam haqqı vardır desin ki, həmin terrorçuları İrana təhvil verin. Tarixin ironiyasına baxın ki, İlham Əliyevin sözündən heç bir ay keçməmiş Azərbaycan hakimiyyəti pis vəziyyətə düşdü. Bir partiya sədri, sabiq deputat həmçinin azərbaycanlı sabiq nazir olan Ziyanın qudası Sabirdən ötrü Azərbaycan tərəfi cavab verməlidir. Deyilə bilər ki, Sabir Rüstəmxanlı rəsmi adam zad deyil, onun sözü dövlətin sözü deyil. Düzdür amma heç olmasa DTX Sabiri çağırıb dindirməlidir.
Həm də tarixin Sabir Rüstəmxanlı ilə bağlı ikinci ironiyası var. Belə ki, o Ömər haqqında danışıb deyirdi ki, Ömər İranı fəth edib orda dini yayıb. Biz elə həmin vaxt Sabirin cavabını verib demişdik ki, sənə nə dəxli var Ömərdən. Sən nə şiə kimi şiə, nə də vəhhabi kimi vəhhabisən. Get nəvənə ulamaq öyrət də. Amma bizim deməyimizdən sonra məlum oldu ki, doğrudan da belədir. Çünki adam terrorçulardan xəbərdardır. Amma Azərbaycan dövlətinə xəbər vermir. Halbuki hansısa bir dindar sionist əleyhinə fəaliyyət göstərən kimlərinsə Bakıda olduğunu deyəsdi onun dilini dartıb boğazından çıxardardılar.
Sabir Rüstəmxanlıya inanmayan varsa onu da başa düşmək lazımdır. Biz də hesab edirik ki, Sabirin dedikləri çərənləmədən başqa bir şey deyil. "Yaşıl eynəkli adam" filmində polis rəisi Seyfulla (Siyavuş Aslan) demişkən Şitirlits bunların başını xarab edib. Sabirin başını da "Kurtlar vadisi" xarab edib. Adam oturub türk yalanlarından ibarət olan bu mafiya-dövlət filminə o qədər baxır ki, başı xarab olur. Ordakı dərin dövlət anlayışını Sabir də dərin terror və terrorçular ilə səhv salıb, "biz də varıq, ölməmişik, istəsək Polad Ələmdar kimi qəhrəman ola bilərik" demək istəyibmiş. Balıq Hafiz də buna oxşar jestləri 2003-cü ildə cib müxalifəti olarkən edirdi. Deyirdi ki, bizim Ermənistanda adamlarımız var, istənilən vaxt əmr versək Ermənistanın nüvə obyeklərini partladarlar. Bunlar doğrudan da başları pozuq adamlardır. Ona görə də balıq Hafizə kimsə demədi ki, 44 günlük ana vətən müharibəsində Gəncəni ermənilər bombalayanda niyə ordakı "adamlarınıza" demədiniz ki, Ermənistanın nüvə obyektlərini partlatsınlar. Çünki hamı balıq Hafizi səfeh hesab edir. Eləcə də Sabir. Bu səfeh də ABŞ-dan qorxmayan İranı bir dəstə terrorçu ilə hədələyir. Allah hamınıza ağıl versin.