Hacı Talenin etiraz aksiyasına DQDK kimi tanınan, əslindəsə DQYK, yəni Dini Qurumlarla iş üzrə YAP Komitəsi etiraz bildirib. Əlbəttə, bir neçə sətrdən ibarət olan yazıda mübariz insan kimi yox, daim yaltaq, GÖZƏ GİRƏN bir məxluq kimi tanınan, özünü YAP-ın yolunda daim qurban vermək istəyən Mübariz Qurbanlı İranı da unutmayıb. Cızma-qaranın sonunda deyir ki, xarici dövlət, yəni İran dini təhsil verir, ruhani yetişdirir, amma bir dəfə də olsun işğal altında olan məscidlərdə donuz saxlayan ermənilərə etiraz etməyib.
Bu "maşennik" özü də durub dini təhsil və ruhani sözünü dırnaq arasında yazıb. Güya indi bunlar İranın dini təhsilini bəyənmir, dırnaqarası hesab edir və Hacı Taleni də ruhani hesab etmirlər. Ay yazıqlar, Hacı Talenin təhsil aldığı Qum elmiyyə hövzəsinə dünyanın müxtəlif ölkələrindən oxumağa gəlirlər.
Avropasından tutmuş Afrikasına qədər. Hətta sizin açdığınız ilahiyyat universitetinin belə bir qəpiyə dəymədiyini bilən Azərbaycan vətəndaşları da gedib Qumda oxuyur. Siz kim olmusuz ki, Qumu bəyənmirsiz? İlahiyyat universitetində hansı ruhanini yetişdirib cəmiyyətə təqdim etmisiz ki, Hacı Tale kimi ruhaniləri bəyənmirsiz. Sizin kimi ömürləri haram yeyib pivənoylarda rumka vuran alçaqlar əlbəttə Qumu və orda təhsil alan ruhaniləri bəyənməməlidir. Bəyənsələr qanunauyğunsuzluq əmələ gələr.
Həm də deyir ki, İran güya indiyədək Ermənistana məsciddə donuz otardıqları üçün heç nə deməyib. Ay bədbəxtlər, məsciddə donuz otarmaq daha pisdir, yoxsa zindanda insan çürütmək? Erməni məsciddə donuz otarır, siz zindanda ruhani çürüdürsüz. Heç olmasa siz danışmayın. Siz indi özünüzü ermənidən yaxşı, müsəlman hesab edirsiz? Ömürləri dini təhsillə keçən, pak yaşayan, pak insanlar yetişdirən şəxsləri həbsə salmısız, Mübariz kimi səviyyəsiz insanlar, dünən rumkanın içinə girən mutilşiklər Dini Qurumların sədri olub. (Əlbəttə, əslində dinsiz qurumlar yazmalıyıq) Siz ki, rumkanın içinə girən alkaşlarsız sizə nə dəxli var məsciddə nə saxlayıblar. Şükür sənə ilahi, bunlar indi Allahın donuzunu bəyənmirlər. Siz elə bir ömür Allaha itaətsiz, donuz kimi basıb xalqın malını yeyən, üstündən kafelərdə piyə bakalını başına çəkən zümrə olmusuz. Yaxşı ki, ermənilər məscidə iki üç dənə donuz buraxıb Allah yadınıza düşüb.
Bundan sonra bir cızma qara edəndə bir özünüzə baxın, bir də donuza, sonra nəsə yazın.