İnna lillahi və inna iləyhi raciunNur Mədəniyyət Mərkəzi İranda yaşayan və təhsil alan bütün vəmvətənlər adından Azərbaycan dini mücadilə tarixinin parlaq siması, Biləsuvar rayonunun tanınmış ruhanisi, rəbbani alim Şeyx Hacı Əhmədin (Molla Əhməd) vəfatı münasibəti ilə Onun yaxınlarına və bütün Azərbaycan müsəlmanlarına dərin hüzünlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyir.
* * *
Cenubnews.com İnternet Qəzeti xəbər verib ki,Biləsuvar rayonunun tanınmış ruhanisi Şeyx Hacı Əhməd (Molla Əhməd) 93 yaşında ötən gün dünyasını dəyişib.
Molla Əhmədin dəfn mərasimi bu gün onun yaşadığı Biləsuvar rayonunda baş tutub. Dəfn mərasimində Azərbaycanın müxtəlif bölgələrindən möminlər iştirak ediblər.
Qeyd edək ki,Şeyx Hacı Əhməd ölkəmizdə yarım əsrdən atıq İslamın çiçəklənməsində xidməti olmuş bir şəxsiyyət olub. O , hələ müstəqillik illərinin əvvəlində Azərbaycan İslam Partiyasının yaradıcılarından olub. Molla Əhməd 1992-ci ildən indiyədək İslam Partiyasının Biləsvar rayon şöbəsinin sədri vəzifəsində çalışıb.
Nur-az.com