Şrift ölçüsü:
A+
A
A-
06 Auğustos 2014

Məliki Təbrizinin Almaniya vətəndaşı üçün nəzri

Böyük arif, seyr-süluk yolçusu Mirza Cavad Ağa Məliki Təbrizi övladı olmayan Almaniya vətəndaşı üçün nəzir edib. Bir müddət sonra həmin şəxsin övladı olub və o sualları ilə arifin görüşünə gəlib. Bu hadisə adi hadisə deyil. Bir müsəlman alimin alman vətəndaş üçün nəzir etməsi təbii ki suallar yaradır.
Höccətül-islam Əli Yəqubi Milli Araşdırma Mərkəzinin mütəxəssislərindəndir. Alimə sual verilir ki, səxavət, xoş əxlaqa malik olan, amma dini ailədə tərbiyə almadığından vacib əmrləri yerinə yetirməyən, haramlardan uzaqlaşmayan bir şəxs behiştə daxil ola bilərmi? Alim cavab verir ki, şeytanı üzən hallardan biri insanın səxavətli olmasıdır.
Höccətül-islam Əli Yəqubi sözünə belə davam edir:
Həzrət Peyğəmbər (s) səxavəti ilə dünyada tanınmış Hatəm Tainin oğluna deyir: "Sizin atanız böyük səxavət sahibi olduğundan cəhənnəmə getməyəcək. Bunun səbəbi onun əliaçıqlığıdır." Əlbəttə ki bu sözlərdən qəti şəkildə aydın olmur ki, Hatəm Tai behiştə gedəcək.
Ayə və rəvayətlərə əsasən Əmirəlmömininin (ə) vilayəti və namaz behişə daxil olmaq üçün şərtdir. Bir şəxs İmam Sadiqin (ə) görüşünə gəlir, başqa bir şəxsin pis əxlaqından şikayətlənir. Soruşur ki, həmin şəxsin aqibəti necə olacaq? Həzrət (ə) buyurur: "Həmin şəxs namaz qılır yoxsa yox? Əgər namaz qılırsa aqibəti xeyr olacaq."
Səxavət və bəxşiş çox gözəldir. Əgər insan gücündən artıq bağışlasa Hatəm Tai kimi cəhənnəmdən qurtular. Amma təkcə səxavətlə behiştə getmək olmaz. Allah behişt yolunu müəyyənləşdirib. Buyurub ki, qırmızı xətti keçənlərin aqibəti pis ola bilər.
Məfatihul-cinanda yazılanlara əsasən Əmirəlmömininin vilayətini qəbul etmək fövqəladə təsirə malikdir. Bəziləri soruşur ki, nə üçün duamız qəbul olunmur? Onlara deməliyik ki, duanın qəbul şərtləri var. Məfatihul-cinan ifadəsi behiştin açarı mənasını bildirir. Bu o demək deyil ki, insan dua oxumaqla behiştə gedə bilər. İslamda behiştə getmək üçün namaz, xums, həcc, zəkat, cihad, ehsan, ata-anaya hörmət kimi şərtlər var. Yalnız bir sözdən tutub o birilərini kənara qoymaq olmaz.
Allah-Taala Qurani-Kərimin ilk ayələrində buyurur ki, bu kitab təqva əhli üçündür. Başqa bir yerdə oxuyuruq ki, bu Quran bir qrup insan üçün zərərdən başqa bir şey deyil. Demək Quran iki ağızlı qılıncdır. Quran oxuyanın mütləq şəkildə xəstəlikdən şəfa əldə edəcəyi fikri düzgün deyil.
Bir nəfər dedi ki mən nə vaxt Səriul-icabə duasını oxuyuramsa yaxınlarımdan biri dünyasını dəyişir. Deməliyik ki, dua da ikili təsirə malikdir. Duanın nəzərdə tutulmuş faydası mütləq deyil. İnsanın kimliyi, necə dua oxuması şərtdir.
Bir alman vətəndaşının uzun müddət övladı olmayıb. Böyük arif Mirza Cavad Ağa Məliki Təbrizi onun övladı olması üçün nəzir edir. Bu şəxs övlad sahibi olur və övladı ilə birlikdə arifin görüşünə gəlir. Ağanın nə nəzir etdiyini soruşur. Arif buyurur ki, mənim nəzirim bir salvatdan bir şey olmayıb!
Biz isə min salavat nəzir edirik və heç bir nəticəyə çatmırıq. Necə olur ki bir şəxs bir salavatla bir bəndənin müşkülünü həll edir? Demək duanın qəbulu üçün insanın qəlbində və əməllərində zəminə olmalıdır. Təkcə dua oxumaq məqsədə çatmaq üçün bəs etmir. Beləcə, behiştə getmək üçün mütləq təzminat da yoxdur.

Nur-az.com
6002 بازدید
در حال ارسال اطلاعات...