İmam Səccadın (ə) fəaliyyətlərini araşdıran zaman onun dövründəki ictimai fəsadları, əxlaq durumunu düzgün dəyərləndirmək mühümdür. Yalnız bu müqəddimədən sonra İmamın rəftarlarını, buyuruqlarını, elmi işlərini qiymətləndirə bilərik. Demək, öncə cəmiyyətdəki əxlaq böhranını öyrənmək, sonra İmamın reaksiyalarını nəzərdən keçirmək lazım gəlir.
Hicri-qəməri 30-cu il, Osmanın xilafətinin axırlarından başlayaraq İslam cəmiyyətində dəbdəbəçilik, kübarlıq özünü göstərməyə başladı. Varlı yaşamaq müsabiqəsinə qatılan insanlar çoxlu kəniz və qul alır, rahat həyat uğrunda hər yola əl atırdılar. Rəqs və oxumaq bacaran kənizlər bu bazarda əsas yer tuturdu. Varlı təbəqənin bu ehtirası tədricən sadə xalqa da sirayət edirdi. Dəbdəbəli yaşamağa meyl hətta Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə böhran yaratmışdı.
İmam Hüseyn (ə) öz dövrü haqqında buyurur: “İnsanlar dünyanın quludur. Dini o vaxta qədər istəyirlər ki, din onların həyatına rahatlıq gətirsin. İmtahan məqamı gələndə dindarları az görürsən.”
İmam Səccadın (ə) dövrünü tanımaq üçün Mədinə ilə bağlı bəzi tarixi məlumatları nəzərdən keçirək. Mənbələrdə yazılır ki, Yezid ibn Əbdülməlik Səllamə adlı kənizi 20 min dinara ağasından alanda Mədinə əhli bu məşhur kənizlə xudahafizləşmək üçün saraya toplaşdı və kəniz onlar üçün oxuyub-oynadı. Xalq Səllaməni göz yaşları ilə yola saldı.
Nəql olunur ki, Mədinə qazisi Məhəmmdə ibn İmran Təyminin yanına bir kəniz gətirmişdilər. Kəniz elə oxuyurdu ki, qazi kimliyin yaddan çıxarıb dizi üstə, əlləri yerdə kənizi dinləyirdi. Mədinə müğənni qadınlarla dolmuşdu. Məşhur kənizlər gənc oğlan və qızlara rəqs, oxumaq öyrədirdilər. Bəli, əməvilərin dövründə Peyğəmbər şəhəri belə bir vəziyyətdə idi. Əməvilər Mədinədə əyyaşlığı yaymaqla bu şəhərin dünyada İslam inqilabı mərkəzi olması ehtimalını aradan qaldırdılar. Hətta dini şəxsiyyətlərin ailəsindən olan xanımlar məclis qurub İzzətulməyla kimi müqənni-rəqqasələri dəvət edir, şənlənirdilər.
Qazi Əbu-Yusif Mədinə əhlinə müraciətlə demişdi: “Ey Mədinə əhli! Sizin musiqi məclisləriniz heyrət doğurur. Möhtərəm ya qeyri-möhtərəm heç kəs bu məclislərdən çəkinmir!” Əbül-Fərəc İsfəhani dövrün məşhur kənizi Cəmilə haqqında yazır: “Cəmilə Mədinədən Məkkəyə səfərə çıxanda onu dövrün tanınmış adamları müşayiət edirdi.” Əgər İslam hökumətinin təsis edildiyi Mədinədə vəziyyət belə olubsa, Şamda, Bəsrədə, Kufədə nələr baş verdiyini təsəvvür etmək çətin deyil.
Bəs belə bir acınacalı vəziyyətin yaranmasına nə səbəb olmuşdu? Səbəblər müxtəlifdir. Onlardan bəzilərini nəzərdən keçirək.
Əsas müqəssir heç şübhəsiz ki, Əməvi padşahları idi. Onlar eyş-işrət içində yaşayır, günlərini əyyaşlıqda keçirirdilər. Gecələr şərab məclisləri qurur, oxuyub-oynamaqdan zövq alırdılar. Müğənni və rəqqasələri ilk dəfə açıq-aşkar başına toplayan Yezid ibn Müaviyyə oldu. O, Mədinədəki rəqqasələri sarayına toplayıb açıq əyyaşlıqla məşğul idi. Bəni-Üməyyənin başqa əyyaş nümayəndəsi günün İbn Aişə ilə keçirən Vəlid ibn Yezid olub. İbn Aişənin rəqs və mahnılarından məst olan Vəlid İbn Aişəyə işarə ilə “bu mənim ağamdır” deyirdi. “Atam sənə qurban” deyib hətta öz libasını soyunub çılpaq qalır, İbn Aişəyə birdəfəyə min dinar bağışlayırdı. Yezid ibn Əbdülməlikin məclisinə qatılan İbn Aişənin mahnılarından vıcdə gələn Vəlid hamının qarşısında Allahı inkar etmişdi.
Padşahlar, hakimlər açıq şəkildə günaha üz tutanda cəmiyyətin də əxlaqı pozulur. Tədricən din səhnədən çıxır, hətta hicaba əl uzadılır.
Məsudi yazır: Yezidin pozğunluğu ətrafındakı insanlara da sirayət etmişdi. Onun dövründə Məkkə və Mədinədə çalıb-oxumaq, oynamaq adi hal almışdı. İnsanlar açıq-aşkar şərabxorluqla məşğul idi. Əməvilər dinə qarşı siyasətlərində cahil ərəb ənələrinə önəm verib İslam hökmlərini ayaq altına alırdılar. Onlar cəmiyyəti İslamdan öncəkindən də ağır vəziyyətə gətirmişdilər. Əməvilər üçün müqəddəs heç nə yox idi.
Cəmiyyətin pozulmasında Hürrə hadisəsinin də xüsusi rolu oldu (Əməvilərin zülmündən boğaza yığılmış camaat Yezidin, Osman ibni Məhəmməd ibni Əbi Süfyan adlı valisini şəhərdən qovub çıxartdı. Mühacir və ənsarın başçılarının rəhbərliyi altında muxtar hökumət yaradıldı. Bu hərəkatın rəhbərlərindən biri Hənzəleyyə Qüsəyul Məlaikənin oğlu Abdullah idi. Vəziyyət aydın olana kimi camaat müvəqqəti olaraq ona beyət etdi və Mərvan ibni Həkəmin evində toplanmış Əməvi tör-töküntülərini Mədinədən qovub çıxartdılar. Bu xəbər Dəməşqə çatanda Yezid (lə) ən qəddar və ən qaniçən dostlarından biri olan Müslüm ibni Əqəbəni (lən) təqribən 5000 nəfərlik qoşunla Mədinə camaatının üsyanını yatırmağa göndərdi. Qoşun Mədinə yaxınlığına çatdı. Mədinə camaatı Əbdullah ibni Hənzələ və Əbdullah ibni Mutinin başçılığı ilə müdafiyəyə qalxdılar.
Yezid lənətliyin qoşunu Mədinəyə çatdıqdan sonra, başqa bəni-üməyyəlilər kimi Əbdul Məlik Mərvanla məsləhətləşib “Hürrə” adlı məntəqədə düşərgə saldılar və Mərvanın köməyilə Bəni-Harisə tayfasından bir qrup adamı mal-dövlət vəd etməklə aldadıb, onların yaşadığı nahiyədən Mədinəyə daxil oldular. Şam qoşununun şəhərə hücumu və onların şəhər əhalisilə döyüşü bir gündən az çəkdi, nəhayət Mədinə şəhəri şamlılardan olan Yezid qoşununun əlinə keçdi. Tarixçilər belə yazırlar: Onlar silahlı şəkildə, atla və ayaqqabılarını çıxartmadan Peyğəmbərin (s) hərəminə daxil olub Həzrətin (s) məscidini bulaşdırdılar. Peyğəmbərin (s) səhabələrinin min nəfərdən çoxunu kütləvi şəkildə qətlə yetirdilər. Həmçinin Bədr döyüşündə iştirak edənlərdən bir nəfər belə sağ qoymamışdılar. Yezid lənətlik öz qoşununun sərkərdəsi Müslim ibn Əqəbəyə: “Mədinəni fəth etdikdən sonra üç gün ərzində Mədinə camaatının malı, canı və namusu sənə, habelə sənin əsgərlərinə halaldır” demişdi - vebresurs) Bu hadisədən sonra əyyaşlıq daha da gücləndi, vicdanın səsini şərabla boğanların sayı çoxaldı.
Əyyaşlığı gücləndirən başqa səbəb müqəddəsliyin səhnədən çıxarılmasına yönəli layihələr idi. Əməvilər Məkkə və Mədinənin müqəddəsliyini hədəfə almışdılar. Çünki bu iki şəhərin müqəddəsliyi durduqca, Əməvilərin meydanı dar qalacaqdı.
Əxlaqı aradan qaldıran digər mühüm səbəb cəmiyyətdə əmr be məruf və nəhy əz münkər, yəni yaxşıya dəvət və pisliyə qadağa vəzifəsinə əməl edilməməsi idi. Müqəddəs şəhərlərdə qurulan eyş-işrət məclislərinə etiraz edən yox idi. Əbül-Fərəc İsfəhani yazır: Mədinədə alimlər müğənniliyi pis saymır, abidlər buna qarşı çıxmırdılar. Müğənnilərin səsi bütün şəhərdə eşidilirdi.
Qadın-kişi rabitələrində məhdudiyyələrin aradan qaldırılması, ümumi əyyaşlıq məclislərin qurulması cəmiyyəti pozan başqa bir səbəb idi. Müasir Misir araşdırmaçısı Şovqi Seyf yazır: Mədinədə əyləncə məclislərində qadınlarla kişilər arasında pərdə yox idi. Təlhənin qızı kişi və qadınların qatıldığı eyş-işrət məclisləri qurar, müğənni İzzətul-Məylanı dəvət edərdi.
Müğənnilər, rəqqasələr elə bir hörmət qazanmışdılar ki, məhkəmədə şəhadətləri sözsüz qəbul edilirdi. Əbül-Fərəc İsfəhani bu barədə yazır: Bir gün müğənni Dihman Mədinə qazisinin hüzurunda bir iraqlıya qarşı şəhadət verdi. Qazi bu şəhadəti qəbul etdi. İraqlı şəxs qaziyə dedi: “Şahid müğənni Dihmandır! Bu şəxs günah, ğina əhlidir.” Qazi cavab verdi: “Bilirəm, tanımasaydım, şəhadətini qəbul etməzdim. Allah keçsin, axı biz hamımız ğina əhliyik!”
İslam cəmiyyətinə əxlaq böhranı yaradan amillərdən biri də Murciə əqidəsinin yayılması idi. Bu firqənin əqidəsinə görə, günah imana təsirsizdir. Yəni imanın varsa, günahdan qorxmaya bilərsən. Onlar açıq bildirirdilər ki, oğurluq və zina kimi günahların imana heç bir zərəri yoxdur. Bir sözlə, guya kəbirə günahlara yol verənlərin də müsəlmanlığında nöqsan yoxdur. Murciə əqidəsinə görə, günaha yol verən müsəlman tövbə etməsə də bağışlanacaq. İbn Əbül-Hədid yazır ki, bu əqidəyə qatılanlar arasında Müaviyə və Əmr As birincilərdən idi. Onlar düşünürdülər ki, günah imana zərbə vurmur. Müaviyyə Həzrət Əliyə qarşı vuruşmaqda ittiham ediləndə Zumər surəsinin 53-cü ayəsini oxudu: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”
Başqa bir səbəb Cəbriyyə əqidəsinin yayılması oldu. Aişə Müaviyədən soruşanda ki, nə üçün günahkar Yezidi özünə canişin etdin, belə cavab alır: “Yezidin xilafəti ilahi hökmdür, bəndələrin bu hökmə müdaxilə ixtiyarı yoxdur.” Cəbriyyə əqidəsinə görə insan məcburdur və məcbur olduğu üçün məsuliyyət daşımır. Şübhəsiz ki, murciə və cəbriyyə əqidələri insanların günah qorxusunu aradan qaldırır, onlara cürət verirdi.
Əxlaqı pozan əsas amillərdən biri də yoxsulluqdur. İmam Səccadın (ə) dövründə zalım hakimlərin siyasəti xalqı bir qarın çörəyə möhtac etməklə onların əqidəsini sındırmaq idi. Xalq görürdü ki, zalım hakimlərə tabe olanlar rifah içində yaşayır, qalanları aclıq çəkir.
Dövrün hakimləri əyyaş şair və müğənni-qəqqasələrə böyük hədiyyələr verirdilər. Saray şairləri arasında birdəfəyə 100 min dinar ənam alan vardı. Vəlid ibn Yezid Möbəd adlı xanındəyə 12 min dinar hədiyyə vermişdi. Bu zümrə xalqı həm yuxuya verir, həm də əyyaşlığa sövq edirdi.
Nəhayət əsas nöqtə, İmam Səccadın (ə) yaranmış vəziyyətə reaksiyası üzərinə gəlirik. İmamın fəaliyyətləri bir neçə istiqamətə yönəlmişdi. Şübhəsiz ki, böyük bir cəmiyyətdə hər fərdin əxlaqı təsirlidir. İmam Səccad (ə) əxlaq nümunəsi idi. O öz ilahi əxlaqı və duaları ilə cəmiyyətə doğru yolu göstərirdi. İmamın “Səhifeyi-Səccaadiyyə” kitabında toplanmış duaları sadəcə dua deyil, bu dualarda mövcud vəziyyətə etiraz var. İmam peyğəmbərsayağı həyat yaşayır, insanları doğru yola çağırır, günahdan çəkindirirdi.
İmam yoxsullara, xüsusilə zalım hakimlərlə mübarizədə şəhid olanların ailələrinə xüsusi diqqət göstərirdi. İmam bu işləri məxfi görərdi, yaxınları da xəbər tutmazdılar. Hətta yardım edilənlər bilməzdilər ki, bu işi görən İmam Səccaddır.
İmamın fəaliyyətləri arasında elmi fəaliyyətlər əsas yer tutur. Dövrün batil əqidələri, cərəyanları ilə mübarizə aparmaq asan iş deyildi. İmam cəbriyyə əqidəsi ilə mübarizə aparırdı. Übeydullah İmam Səccada (ə) rişxəndlə deyir: “Məgər Əli ibn Hüseyni Allah öldürmədi?!” İmam cavab verir: “Mənim Əli adlı qardaşım vardı, onu camaat öldürdü.” İmam (ə) Yezidə də eyni cavabla etiraz edir.
Bir şəxs İmamdan soruşur:
-Müsibətlər alın yazısıdır (qəza-qədərdir), yoxsa günahların cavabı?
İmam buyurur:
-Qəza-qədər və əməl ruhla cisim kimidir. İnsanların ən zalımı o şəxsdir ki, zalımın zülmünü ədalət kimi göstərir...
İmam Səccadın (ə) mübarizə apardığı cərəyanlardan biri də murciə cərayanı idi. İmanı əməl yox, dilə aid edən bu firqənin iddiaları İmamın məntiqi qarşısında aciz idi. İmam (ə) min rəkət namaz qılar, davamlı dua edərdi. Ona deyiləndə ki, Peyğəmbər övladının belə yorucu ibadətlərə nə ehtiyacı, belə cavab verir: “Harama göz yummayan gözdən savay bütün gözlər qiyamət günü ağlayasıdır...”
İmamın (ə) ən mühüm fəaliyyətlərindən biri elm hövzəsinin təşkili idi. İmam (ə) cəddi Peyğəmbər və Əmirəlmöminin, atası Hüseyninin yolunu davam etdirərək İslam maarifinin yayılmasını əsas vəzifə sayırdı. Tabeindən olanların bir qismi İmamın elm çeşməsindən faydalanmışdı. Tavus Yəmani, Əbu Həmzə Somali İmamın (ə) yetirmələrindəndir. İmam Səccadın (ə) 270-dən artıq tanınmış şagirdinin olduğu bildirilir.
Mənbələr:
1) نقش امام سجاد علیه السلام در رهبری شیعه، محسن رنجبر مؤسسه امام خمینی(ره)، قم، چ اول، 1380ش، صص 65-63.
2) الأغانی، ابوالفرج اصفهانی، دار الاحیاء التراث العربی، بیروت، چ اول، 1406 ق، ج8، ص342.
3) همان، ج7، ص331.
4)تحلیلی از زندگانی امام سجاد علیه السلام، باقر شریف قرشی، ترجمه محمدرضا عطایی، آستان قدرس رضوی، 1372، ج2، ص704.
5) الشعر و الغنا فی المدینۀ و مکه لعصر بنی امیه، شوقی ضیف، دار المعارف، قاهره، چ3، بی تا، ص50.
6) العقد الفرید، ابن عبد ربّه الاندلسی، تحقیق علی شیری، داراحیاء التراث العربی، بیروت، 1409 ق، ج6، ص11.
7) أغانی، ابوالفرج اصفهانی، ج8، ص368-367.
8) تاریخ تحلیلی اسلام، سیدجعفر شهیدی، نشر دانشگاهی، تهران، چ27، 1376ش، ص104.
9)الأغانی، ابوالفرج اصفهانی، ج8، ص324.
10)همان، ج8، ص324.
11) مروج الذهب و معادن الجوهر، ابوالحسن علی بن الحسین بن علی مسعودی، ج2، ص9.
12) مروج الذهب، مسعودی، ج3، ص67.
13) ماذا خسر العالم بانحطاط المسلمین، ابوالحسن الندوی، ثورۀ زید، دارالکتب العربی، بیروت، چ7، 1967م، ص78.
14) نقش امام سجاد علیه السلام در رهبری شیعه، محسن رنجبر، ص65.
15) تحلیل از زندگی امام سجاد علیه السلام، باقر شریف قرشی، ترجمه محمدرضا عطایی، آستان قدس رضوی، مشهد، 1372، صج2، ص700.
16)الأغانی، ابوالفرج اصفهانی، دار احیاء التراث العربی، بیروت، چ1، 1406ق، ج8، ص358.
17) الشعر و الغنا فی المدینۀ و مکۀ لعصر بنی امیۀ، دار المعارف، قاهره، بی تا، چ3، ص50.
18) الأغانی، ابوالفرج اصفهانی، ج8، ص358.
19) تعریفات، سیدشریف جرجانی، المطبعۀ الخیریه، قاهره، 1306، ص184.
20) امام سجاد علیه السلام از دیدگاه اهل سنت، علی باقر شیخانی، مرکز پژوهشهای اسلامی صدا وسیما، چ اول، 1385ش، صص 65-63.
21) تاریخ علم لکلام در ایران و جهان اسلام، علی اصغرحلبی، اساطیر، تهران، چ2، 1376ش، ص104.
22) زمر/53.
23) شرح نهج البلاغه، ابن ابی الحدید، تحقیق محمد ابوالفضل ابراهیم، دار الاحیاء الکتب العربیه، چ2، 1387 ق، ج6، ص325.
24)کاهل بهایی، عماد الدین طبری، ج2، ص262.
25)الامامۀ والسیاسۀ، ابن قتیبۀ دینوری، تحقیق علی شیری، منشورات شریف رضی، قم، چ1، 1371ش، ص97
26)جهاد امام سجاد علیه السلام، محمدرضا حسینی جلالی، ترجمه موسی دانش، بنیاد پژوهشهای اسلامی، مشهد، چ اول، 1382، ص159.
27)الأغانی، ابوالفرج اصفهانی، ج9، ص172.
28) همان، ج9، ص8.
29) همان، ج1، ص55.
30) همان، ج5، ص111.
31) همان، ج4، ص400.
32) تحلیلی از زندگانی امام سجاد علیه السلام، باقر شریف قرشی، ج2، صص 707 - 706.
33) جهاد امام سجاد علیه السلام، محمدرضا حسینی جلالی، ص160.
34) اللهوف فی قتلی الطوف، ابن طاووس، انوار الهدی، قم، چ1، 1417ق، ص94.
35) الاحتجاج، ابومنصور احمد بن علی بن ابی طالب طبرسی، تعلیق سیدمحمد باقرموسوی خراسانی، مؤسسه الاعلمی للمطبوعات، بیروت، چ اول، 1410، ج2، ص311.
36) توحید، شیخ صدوق، تصحیح سیدهاشم حسینی تهرانی، انتشارات اسلامی، قم، بی تا، ص366.
37) نقش امام سجاد علیه السلام در رهبری شیعه، محسن رنجبر، صص 107-106.
38)التدوین فی اخبار قزوین، عبدالکریم رافعی قزوینی، دار الکتب العلمیه، بیروت، 1987م، ج2، ص110.
39)امام سجاد علیه السلام از دیدگاه اهل سنت، علی باقر شیخانی، صص 65-64.
40) الرجال طوسی، محمد بن حسن طوسی، مؤسسه نشر اسلامی، بی تا، صص 99، 120.
Nur-az.com/shiitecenter