abajur
gözü
işıqdan qorumaq üçün lampaya keçirilən örtük (qəndil, çilçıraq, lüstr)
abolisionízm
ABŞ-da zənciləri köləlikdən azad etmək hərəkatı (XVIII-XIX)
abordaj
gəmini
gəmiyə yaxınlaşdırmaqla hücum üsulu
absenteizm
seçkilərdə
iştirak etməkdən kütləvi imtina, seçkilərin baykotu
adyutant
hərbi hissə komandirinin tapşiriğini icra edən hərbçi
aerostat
balonun içində olan qazin qaldirici qüvvəsi sayəsində havaya
qalxan havadan yüngül uçucu aparat; hava balonu
affekt
insanin əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun və nisbətən qisamüddətli olan emosional
həyəcani, qəzəbi, dəhşəti və s.
aforízm
dərin mənali fikri ifadə edən sabit söz birləşməsi və ya
cümlə; hikmətli söz
ahənrüba
maqnit,
dəmiri cəzb edən material
ajan
polis, polis agenti
ajur
incə
krujevali (şəbəkəli, torlu) parça.
akkreditiv
müəssisənin
digər bir müəssisəyə göstəriş sənədi
akmeizm
1912-1913-cü illərdə rus ədəbiyyatinda meydana gəlmiş, simvolizmə qarşı burjua-zadəgan cərəyani.
Akmeizm
və ya Şairlər sexi Nikolay Gumilyov, Anna Axmatova və Sergey Qorodetskinin
liderliyi ilə 1910-cu ildə Rusiyada ortaya çıxan keçici bir poetik məktəb idi. Akmeizm
hərəkat olaraq Mixail Kuzminin "Gözəlliyə Dair Şərh" adlı əsərinin prmyerasında
ortaya çıxıb. Akmeistler Bely və Ivanov kimi Rus simvolçu şairləri tərəfindən
yayılan "Dionysos dəliliyi"ni Apollonun qüsursuzluğu ilə müqayisə
etdi. Buna görə jurnallarının adı Apollodur.
1913-cü
ildə nümayiş olunan "Akmeizmin səhəri" adlı manifestdə Osip Mandelştam
hərəkatı "Dünya mədəniyyəti üçün bir həsrət" olaraq təyin etdi.
Modernizmin neo-klassik formasının başlıca şərtinin poetik sənət və mədəni
davamlılıq olduğuna inanan bu şairlər Aleksandr Popa, Theophile Gautier,
Rudyard Kipling, Innokentiy Annensky və onların qabaqcılları olan arasında
Parnasçı şairlərə əhəmiyyət verdi.
Bu məktəbin
ən böyük şairləri Nikolay Qumilyov, Anna Axmatova, Mixail Kuzmin, Osip Mandelştam
və Georgi Ivanovdur. Qrup başlanğıcda, St. Peterburqda məşhur yazarlar və
şairlərin toplanma yeri olan The Stray Dog Cafede toplanırdı.
buddizm
E.ə. 6-cı
əsrə aid, 800 milyon ardıcılı
olan dini təlim. Hindistanda yaranıb. Buddizmin hədəfi həyatdakı ağrı və iztirabların fərdi yollarla aradan qaldırılmasıdır. "Budda"
deyilən Siddharta Qautama buddizmin
qurucusu olaraq qəbul edilir. Siddharta uzun mənəvi təkamül yolu ilə insanların
iztirablarını sona çatdırmaq istəyir. Hind, Çin, Tibet, Monqol mədəniyyətlərinə
ciddi təsiri var. Buddizm tövhid dini sayılmır.
BlackBerry (Blək Beri)
Kanadada telekomnukasiya,
simsiz cihazlar, mobil telefon istehsal edən ticarət markasıdır. BlackBerry
markası ilə məşhurlaşmış şirkətin mərkəzi ofisi Ontario, Kanadadadır. BlackBerry-nin
qurucusu İstanbulda doğulmuş Mike Lazaridisdir. O, Jim Balsille ilə
birlikdə şirkəti idarə edirdi. O, 22 yanvar 2012 tarixində vəzifəsini Thorsten
Heinsə verib. 30 Ocak 2013 tarixinə qədər
Research In Motion adıyla fəaliyyət göstərib.
faks
elektron rabitə cihazı
fakt
baş verməsi, həqiqiliyi şübhə doğurmayan hadisə
faktor
hadisənin
baş verməsinə kömək edən amil
faktura
incəsənət
əsərlərində bədii üsulun xüsusiyyəti
satılan malların
növünü, miqdarını, qiymətini göstərən, alıcıya verilən siyahı
fanatik
inancında
həddi aşan, təəssübkeş, başqa dinlərə düşmən münasibət bəsləyən, qatı
mövhumatçı insan
fanus
fənər,
çıraq, ələ götürülən işıqlandırıcı qurğu
farmakologiya
dərman pereparatlarını
öyrənən elm
farmazon
ədabaz,
lovğa frankmasona bənzətmə
faşizm
İtaliyada
1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən
təcavüzkar dairələrinin mənafeyini ifadə edərək zor və qəddarlıqla dövlət
sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyan, hakimiyyətin tək bir
partiyanın əlində toplandığı rejim, açıq terrorçuluq diktaturası
fatalist
tale,
alın yazısı, qəzavü- qədərə, qismətə ifrat inanan, fərdi və ictimai fəaliyyəti
səmərəsiz sayan insan
fauna
müəyyən
ərazi və ya geoloji dövrün heyvanlar aləmi
faza
hadisənin,
prosesin ayrıca mərhələsi
elektrotexnikada
cərəyan daşıyan məftil
federasiya
ittifaq,
birləşmə
müstəqil
dövlətləri özündə birləşdirən dövlət
ayrı-ayrı
cəmiyyətlərin, təşkilatların birliyi
felyeton
çatışmazlıqları,
nöqsanları, pis əməlləri istehza ilə tənqid
edən satirik məqalə, yazı
femida
qədim
yunan mifologiyasında ədalət ilahəsi
ədalət
mühakiməsinin mücəssəməsi, gözübağlı, əlində tərəzi tutmuş ilahə
kabalistika
mistik təsəvvürlər və mərasimlər
anlaşılmaz, dolaşıq, müəmmalı
kabare
estradası olan restoran, kafe
kabriolet
biratlı, sürətli, ikitəkərli, yüngül araba
açılıb-örtülən yüngül avtomobilin örtüklü kuzovu
kadet
1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü
kadril
cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi.\
kafedra
auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer
ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan fənlərdən dərs deyən müəllimlərin və ya tədqiqatçıların birləşməsi
ali məktəbdə bir fəndən, yaxud məzmunca bir-birinə yaxın fənlərdən dərs deyən və ya elmi tədqiqat işi aparan müəllim və ya tədqiqatçılar heyəti
kafeşantan
adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana
kafur
həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. _
kafur ağacı – Çin, Yaponiya və Hindistan kimi Asiya ölkələrində bitən, dəfnəyə bənzər həmişəyaşıl ağac. Bizlərdə meyit yuyanda iştənən kafur Hindistan dəryasının cəzirələrində bitən kafur ağacının budaqlarının içində hasil olur.
kamfora
kahil
başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan.\
kahin
Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani
Kalafa
Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq
İri deşik (divarda və s.-də); iri çuxur, oyuq.
kaleydoskop
Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq)
Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi.
kalim
Orta Asiyada: evlənərkən oğlanın qızın ata-anasına verməli olduğu pul, mal və s.;
Başlıq
kalibr
Silah lüləsi diametrinin ölçüsü
Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü
Məmulatın ölçüsünü, formasını və s. yoxlamaq üçün ölçü aləti
kalka
Çertyojlardan, yaxud şəkillərdən dəqiq surət çıxartmaq üçün xüsusi üsullarla hazırlanmış nazik şəffaf kağız və ya parka
Çertyojun və ya şəklin həmin material üzərində çıxarılmış surəti
Başqa bir dildəki söz, ya ifadəyə təqlid və ya hərfi tərcümə yolu ilə düzəldilən söz və ya ifadə
Kalliqraf
xəttat
kalori
İstilik ölçüsü vahidi
Hər bir qidanın insan orqanizmində yaratdığı istilik enerjisinin miqdarı
kalvinizm
XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri
kameliya
Tüklü yarpaqları və iri gözəl gülləri olan ağac;
gül adı
kampaniya
bir cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər
Hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlər. məsələn, Seçki kampaniyası,Pambıq yığımı kampaniyası
kamuflyaj
Müəyyən obyekti gizlətmək üçün onu çeşidli rənglərlə boyama, alalama
kanape
Söykənəcəkli taxt, divan
kanifol
İynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddə
sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə çalğı alətlərinin yayına çəkmək üçün işlədilir
lehimləmədə qurğuşunu asan əridib-yapışdırmaq üçün maddə
kanoe
Xüsusi tipli idman qayığı, bu qayıqda bir diz üstə durub avar çəkirlər
Kanonada
Toplardan tez-tez və ardıcıl açılan atəş
Top atəşlərinin və mərmi partlayışlarının uzaqdan eşidilən səsi
kanselyariya
dəftərxana
kantata
Musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi əsəri
Təntənəli xor havası
Hər hansı bir təntənəli hadisə münasibətilə yazılmış qədim lirik şeir
kapillyar
Ən kiçik, incə qan damarı. Kapillyar damarlar.
Kapriççio
Sərbəst və oynaq musiqi əsəri
karabin
Qısalüləli tüfəng
karat
Qiymətli daşların 200-206 mq-a bərabər çəki ölçüsü.
karbürator
Daxilində karbürasiya gedən, yanacaq mayedən buxara çevrilən cihaz
passionar
Məqsədə
doğru ehtiraslı təlaş, fədakarlıq; mühiti dəyişmək bacarığı və gücü; ətrafla
şərtlənmyən aktivlik
Reinkarnasiya
Ölümdən
sonra ruhun həyata təkrar
qayıdışı, ruhun bir
bədəndən digərinə keçməsi. İslam dini
bunu qəbul etmir.İslama
görəreinkarnasiya inancı məhşər gününə, insanların bir
yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inama çox böyük zərbə vurur. Hind
fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar
dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə
cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim
kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən
qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Reinkarnasiya həm də tənasüx adlandırılır.
sosializm
Şüarı
sosial ədalət, azadlıq və bərabərlik. Məqsədi kapitalist sistemini devirmək, ictimai mülkiyyət və bu mülkiyyətə
ictimai nəzarətdir. A. A. İvin sosializmi radikal kollektivçilik sayır.
Sosializm şəxsi
mülkiyyəti inkar edir. Sosializm ideyasına qədim yunan filosofu Platonun «Dövlət» və Qanunlar» əsərlərində rast
gəlirik. Platona görə ideal sosializmin əsas xüsusiyyəti ədalətdir.
Bu ideyaya Tomas
Morun (1478—1535) işlərində rast gəlmək olar.
Qərbi Avropada sosialist layihələr 19-cu əsrdə ortaya çıxıb
(Sen-Simon, Furye, Ouen). Marks
sosializmi kapitalismdən kommunizmə keçid formasiyası sayırdı.
Sosializm
ideyasından təcrabədə Lenin istifadə
etdi. Oktyabr inqilabı və ya Böyük Oktyabr Sosialist inqilabı 1917-ci ilin oktyabr ayında Rusiyada baş verdi.
Olkədə böhran baş vermişdi. Çar höküməti o zaman ücün cox da populyar olmayan
II Nikolayı qardaşı Mixail ilə əvəzləməklə sabitlik yaratmaq istədi. Lakin
bunun üçün çox gec idi. 9 yanvar 1905-ci ildə etiraz məqsədi ilə nümayiş keçirildi.
Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayiş standartlarinin aşağı
olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən
nümayişçilərə atəş açdılar. Nəticədə 1000-dən artiq insan həlak oldu. Bu hadisə
Rusiyada cox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya
hakimiyətinə qarşi cox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə qanli
bazar adı ilə keçdi. Leninin tərafdarlari partiya yaratdı. Çoxpartiyalı sistemə
keçildi və çar 2-ci Nikolay 1906-ci ildə konstitutsiyanı qəbul etməli oldu.
İsveçrədə olan
Leninə tam dəstək Almaniyadan gəldi. Lenin Plexanovun görüşlərindən
təsirlənərək Marksizm-Leninizm ideyalarini irəli sürür. Rusiyada elə bu dövrdə
ümumi bir tətil baş verdi. Çarı taxtdan saldilar, Romanovların tərəfdarlarını
həbs etdilər. Ölkə cümhuriyyət elan edildi. Keçid höküməti yarandı, bu
hökümətin başçisi əvvəl Milyukov daha sonra Teresenko olur. Ancaq hökümət
yalniz burjualardan ibarət idi. Məqsəd yenə də proletariya inqilabı
səciyəvisini daşiyirdi. Leninin o zaman üçün olan bir şüari bundan ibarət idi
ki, bütün iqtidar sovetlərdə cəmlənsin. Elə bu şüarla da inqilaba başladılar.
1917-ci ilin
iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçir. 3 aydan
sonra Lenin bütün iqtidar sovetlərə şüarı ilə oktyabrda inqilab etdi və yeni
hökümət qurulur.
Oktyabr inqilabı XX
əsrin çox böyük hadisəsi olmuşdu. Əvvəla, o, dünya miqyasında birinci olaraq
yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün
qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə- kapitalizm
və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil
edən Rusiya imperiyasında sovet rejimi bərqərar etmişdi; üçüncü, Oktyabr
çevrilişi vahid, bölünməz kapitalizm dünyasını parçalayaraq hələ XIX əsrin
ortalarında meydana çıxan ideya (burjua və sosialist) qarşıdurmasını ictimai
sistemləri müxtəlif olan dövlətlərin 70 ildən çox müddət ərzində əməli
qarşıdurmasına gətirib çıxarmışdı.
sabotaj
qəsdən işləməmək, pozuculuqla işə mane olmaq
saxarin
şirin ağ kristal maddə, şəkər surroqatı
sajin
metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,134 m-ə bərabər uzunluq ölçüsü
saqinmaq
çəkinmək, qorunmaq, özünü saxlamaq;
mis: Saqın, aldırma ki, kor olsa cahan;
Günəşin nuruna gəlməz nöqsan. (H.Cavid)
Sakvoyaj
Açılıb-bağlanan yol çantası
salto
Akrobatika və idman gimnastikasında xüsusi hərəkət, mayallaq aşmaq
Salyut
mühüm bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək
sammit
Dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı
Samuray
Feodal Yaponiyada imtiyazlı hərbi zadəgan silkinə mənsub adam, cəsur döyüşçü
sanitaríya
Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi
Cavad xan
Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748-ci ildəGəncədə anadan olub, 1804-cü ildə Gəncə yaxınlığında şəhadətə çatıb. Qacarlar nəslindəm
olan böyük sərkərdə,dövlət
xadimi,Gəncə xanlığının axırıncı
xanıdır. 1786-cı
ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə
general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan
rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə
qəhrəmancasına həlak olmuşdur.
Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular
nəslindəndir.Ziyadoğlular ilk
doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə
sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi
fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə
qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış
etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya
yaratmağa çalışır, hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki
xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə
mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim
kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.
Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında
İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri qaytarmağa çalışır. Lakin
ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. O öz oğlu Uğurlu xanı
da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə onun favoriti
Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının
Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu
əmin-amanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az
qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı
bölgələrini tuturlar. Xanların bir çoxu aralarında türk və İran meyllilər də
olmalarına baxmayaraq, xanlığın və xan hakimiyyətinin saxlanılması şərti ilə
Rusiyanın himayəsi altına keçməyə məcbur olur.
Əvvəlcə Azərbaycan türkləri ilə rusların arasındakı
münasibət normal idi. Lakin Zubovun müşaviri təyin olunan Arqutinskinin Qarabağ
məliklərinə müraciətlərindən sonra bu münasibətlər gərginləşir. O, Zubovun
razılığı olmadan bəyan edir ki, guya ruslar Azərbaycana ona görə gəliblər ki, "erməniləri
müsəlmanların təcavüzündən qurtarsınlar."
Bufer
xristian dövləti yaratmaq məqsədilə İrəvan və Qarabağ xanlıqlarını buraya İran
və Osmanlıdan köçürülmüş ermənilərlə məskunlaşdırmaq da planlaşdırılırdı. Həmin
siyasət bizim günlərə qədər davam etməkdədir. "Böyük Ermənistan" iddiası
ilə bu bölgəyə o vaxtdan etibarən 1 milyon yarımdan çox erməni yerləşdirilmiş və
oradan bir o qədər Azərbaycan türkü də zorla köçürülmüşdür.
Sisiyanov 1804-cü ilin 3 yanvarında Gəncəni hücumla almaq qərarı verir. İlk
hücumda qalanı asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar
olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin
qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas
qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavad
xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 4-də düşmən
gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu
xan da atasının adına layiq bir şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın
himayəsinə keçir və xanlıq ləğv olunur.
Elşən Mustafaoğlu
Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü
ildə Bakı şəhərində anadan olub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda
Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin
Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi”
ixtisası üzrə ali təhsil alıb.1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun
aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.
10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində
“fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və
fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1999-cu
ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutu adlanır) əməkdaşıdır.
2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin
sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən
Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.
2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin
direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
“Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə
ixtisasartırma kursu keçib.
2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən
populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və
aparıcısı olub.
2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin
aparıcısı olub.
2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat
Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media
Akademiyası”nın direktoru olub.
Dostoyevski Fyodor Mixayloviç
(11 noyabr 1821 – 9 fevral 1881)
rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə daxil oldu. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyi oxudu. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı “Bədbəxt insanlar” 1846-cı ildə çap edildi. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.
1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə iştirak iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, güllələnmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzasını çəkmək üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.
Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra sekretarıyla evləndi. Yenidən borca düşdü və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi.
Yeniyetmə (1875), Bir yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski, bir ciyər qanaxmasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."
1859-da ordudan tərxis edilərək Moskva xaricində kiçik bir yerdə qalmağa məcbur edilən Dostoyevski, azadlığına qovuşduqdan sonra Peterburqa döndü. Qardaşı Mixail və yoldaşı N.N.Strahov ilə birlikdə Vremya (Zaman) və sonra da Epoha (Dövr) adlı jurnalları hazırladı. Bu jurnallarda Slavçı düşüncəni müdafiə etdiyini ifadə edən yazılar yazdı. Alçaldılmış və təhqir olunmuşlar və Ölülər evindən qeydlər ilə yenidən tanındı.
Arvadı vərəmə tutulmuş, Sibirdəki Tver şəhərinə dönmüşdü.
Dostoyevski bundan faydalanıb ilk dəfə xaricə çıxdı; 1862-ci ildə
Arvadının və uşağının xərclərini qarşılaya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiylə qumara başladı. Rulet oynayırdı.
1862 və 1863 illəri arasında Avropaya birlikdə getdiyi yoldaşı Pauline Suslovla evlənərək, ilk bədbəxt evliliyini unutmağa çalışdı. Ancaq Pauline, verdiyi sözdən daşındı. Bu sırada Dostoyevski Cinayət və cəza üzərində çox möhkəm bir şəkildə işləyirdi və fikrini dağıtmamaq üçün Wiesbadenə getmişdi. Pauline də bunu bəhanə edib aralarındakı əlaqəni kəsdi. Dostoyevskinin Wiesbadendə olduğu vaxt Gizlindən qeydlər nəşr olundu. Yeni bir dahilik ortaya çıxırdı və bu tənqidçilərin ciddi şəkildə maraqlarını cəlb etməyə başlamışdı. Bu zaman böyük qardaşı Mixailin arxasında buraxdığı borcları da boynuna götürən Dostoyevski, yenə maliyyə problemləri yaşayirdı.
Cinayət və cəza 1866-cı ildə hissələr halında nəşr olundu. Bu səbəblə borclarından xilas ola bilər, maddi istiqamətdən bolluğa qovuşa bilərdi, lakin bunun yerinə daha da pis vəziyyətə düşdü. Kitabı müxtəlif reaksiyalarla qarşılaşdı. Dövrünün çox irəlisində yazan yazıçı heç cür tam olaraq başa düşülmürdü.
Mümkün olduğu qədər çox yazmaq böyük usta üçün bir ehtiras
olmuşdu və buna görə gözləri pozuldu. Bu səfər gənc bir steno tutdu. Adı Anna
Snitkin olan stenoyla ilk dəfə 4 oktyabr 1866-cı ildə
Əlikram
Əliyev (Hacı Əlikram Nardaranlı)
Əliyev
Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. Şair, alim Mail
Əliyevin qardaşıdır. Ömrünün sonunadək İslam dininin təbliği ilə məşğul olub. 1996-cı
ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə
redaksiya “vətənə xəyanət”), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci
ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə
azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib.
Azərbaycan
İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi
uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Bir müddət
xalq hərəkatının avanqardı olan AXC-nin İdarə Heyətinin də üzvü olub.
Qafqaz və
Azərbaycan Respublikasında islamçı mücahidlərin rəhbəri kimi tanınan Hacı
Əlikram İsmayıl oğlu Əliyev universitet
təhsilini Bakıda Bədən Tərbiyəsi fakültəsində alıb. 1974-cü ildə Bakıda təhsil alan yəmənli bir
tələbə vasitəsi ilə İmam Xomeyninin (r) şəxsiyyət və mübarizəsi ilə tanış olur.
İslam İnqilabının qələbə çaldığı ilk günlərdə Təbriz radiosu vasitəsi ilə
İmamın çıxışını dinləyir və Moskva televiziyası ilə İmamın Tehrana daxil
olmasını izləyir.
Hacı Əlikram Bakı və Nardaranda İmam Xomeyniyə (r) təqlid edənlərin
rəhbərliyini öz üzərinə götürür. Sovet İttifaqının süqut etməsi və Azərbaycan
Respublikasının müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Azərbaycan İslam
Partiyasını təsis edir. Hacı Əlikram Əliyev Sovet İttifaqı zamanı dini
təmayüllərinə görə bir çox ictimai hüquqlarından məhrum edilir. Sovet
İttifaqının süqut etməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardınca 1996-cı
ildə həbs olunan Hacı Əlikram uzun illər həbsdə işgəncələrə məruz qalır. Şəkər
xəstəliyindən əziyyət çəkən Hacı Əlikramın səhhəti həbsdə olduğu müddət ərzində
daha da pisləşir və vaxtında müalicə olunmadığı üçün gözlərində ciddi
narahatlıq yaranır. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra azadlığa
buraxılan Hacı Əlikram dini fəaliyyətlərini, mübarizələrini davam etdirir. Qərb
demokratiyasını əhəmiyyətsiz hesab edən Əlikram ölkədə İslam qanunlarının
bərqərar edilməsini istəyir.
2011-ci
il mart ayının 17-də dünyasını dəyişib.
f
gHitler Adolf
1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olmuşdur. Orta
məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna
görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya
tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd
cavabı verilir.
1914-cü ilin sentyabrında Almaniyanın I Dünya müharibəsinə
qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi
əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb
cəbhəsinə göndərilir… Hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu
və kayzerin devrildiyini öyrənir. Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.
1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına
yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş
inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı. Kapitan Ernst
Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə
partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun
təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Alman Nasional
Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei,
NSDAP) adlandırılır.
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf
silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin
keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri
girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı
tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi.
Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru
qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri
tərəfindən mühasirəyə alındılar.
Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb
Nazirliyinə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində
polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16
partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı"
kimi düşdü.
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin
qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra
azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm"
(alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı.
1930-cu il seçkilərində NSDAP 18,3% səs toplayaraq 107 yerə,
5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq 288
yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.]
Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən
sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən
ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq
terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də
Reyxstaqın binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin
üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi
də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul
fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə
fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.
Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi
partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü
ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman
torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident
Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. 1933-cü
il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə
konfransı tərk etdi.
Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün
hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah
növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu
yeridilməsinə icazə verilməsini tələb etdi. Hitlerçilərin səyi nəticəsində
Almaniya Avropada müharibə ocağına çevrildi.
1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya
hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı
müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan
etdilər. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra
isə İtaliyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi
və Cənub-şərqi Asiyanı bürüdü.
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci
ildə bunkerlərin birində intihar edir.
İqbal
Lahuri
Müsəlman
şair, filosof, mütəfəkkir, siyasətçi Məhəmməd İqbal Lahuri1873-cü ildə Pəncab
əyalətinin Siyalkut kəndində anadan olub. İlk təhsili dini elmlər və Quran üzrə
olub. İqbаl Lahurda ali təhsilini bаşа vurduqdаn sonra Şərq dilləri
fakultəsində müəllim işləmişdir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə
və iqtisadiyyat fakultəsini bitirən Iqbаl Londonda yaşadığı 3 il ərzində ərəb
dili və ədəbiyyatı fakultəsində müəllim işləyib, Londonda əкs-sədаyа səbəb olan
konfranslar təşkil edib. Hüquq təhsilini bаşа vurаrаq prokururluq diplomu aan Lahuri
Almaniyanın Munhin şəhərinə gedib, fəlsəfə üzrə doktоrluq dərəcəsi alıb. 1908- ci
ildə Hindistana gеdən və оrada böyük heyranlıq və coşğu ilə qarşılanаn Məhəmməd
İqbal ölkənin siyasi həyаtındа fəal iştirak etmiş və xalqını bu məsələdə
mааriflənməsi və istiqamətlənməsi yоlundа böyük işlər görmüşdür. İqbal
Pakistanın rəsmi milli şairi kimi tanınır. Şair 12 min beyt müəllifidir. Məhəmməd
İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat
eтmişdir.
Bəzi alimlər
İqbalı Nitsşenin Fövqəlinsan (alm.Übermensch) fikrini qəbul etdiyi
üçün tənqid etmişlər. İqbal isə Nitsşenin Übermensch deyəndə kamil insan
nəzərdə tutduğunu düşünmüşdür.
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31
yanvar 1884-ci ildə Bakıda anadan olub, 6 mart 1955-ci ildə Türkiyədə,
Napoleon Bonapart
Napoleon Bonapart 15 avqust 1769-cu ildə Korsikada anadan
olub. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra
qədər burada təhsilini davam etdirir. Elə həmin ildən artilleriya üzrə kiçik
leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada
böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda
döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə
tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə
Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun
komandanı təyin edilir. O, 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək
birinci konsul olur və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura
rejimi yaradır.
Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa
üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hegemon
dövlətinə cevirir. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci
ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu
tezləşdirir.
Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl
çəkməyə məcbur edir və Elbaya sürgünə yollayırlar. Lakin Napoleon öz
xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdır. 1815-ci il
iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə
hakimiyyətdən əl çəkməli olur. İngilislər onu dustaq kimi Müqəddəs Yelena
adasına sürgün edirlər.
Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır.
Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Napoleon qanaxma
ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.
Rafiq Tağı
Azərbaycanın
Salman Rüşdilərindən sayılan Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə
Azərbaycanın Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı
ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini
bitirmişdir.
1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb
İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq,
kardioloq-reanimatoloqdur.
1972-1974-cü illərdə
Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu
illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində
çalışıb.
1979-cu ildə Kalinin
vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə
Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı
illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim
işləmişdir. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı
şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində
çalışmışdır.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla
məşğuldur. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə”
adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə,
esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri
ədəbi mətbuatında mütəmadi dərc edilmişdir. Yazıları həmişə ictimai rezonans
doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə
“Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci
ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilmiş, 2006-cı ilin
15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə
həbs olunmuş, ona 3 il iş kəsilmiş, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət
başçısının əfv fərmanı ilə azadlığa buraxılmışdır.
“EQO” Yaradıcılıq
Ordeninin üzvü olub. Hazırda Azad Yazarlar Ocağının üzvüdür. Çap olunmuş nəsr
kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv.Neqativ”(1996),
“Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf
Kenterberiyski”(2006). Yaxın vaxtlarda “Ekstremal şeirlər” kitabını və
esselərdən ibarət ikicildliyini çap etdirmək arzusundadır.
2011-ci il noyabrın 19-u axşam naməlum şəxslər İslam müqəddəsliklərini açıq
təhqir edən Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı
əməliyyat edilmiş,
baxımsızlıq səbəbindən 23 noyabr 2011-ci ildə müalicə aldığı 1 saylı
Klinik Tibbi Mərkəzdə ölmüşdür.
Viktor Hüqo
(26 fevral 1802, Fransa - 22 may 1885, Fransa)
böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik
realizmin ən nüfuzlu nümayəndələrindən biri.
Hüqo özünün poetik və dramatik əsərləri ilə şöhrət
qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations)
və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha
məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri "Səfillər"
(Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris),
"
Hacı Zeynalabdin Tağıyev
Azərbaycanlı
milyonçu, mеsenat, maarifçi, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri,
müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı.1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz
əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu.
Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant
Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından
böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı
Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və
iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə
getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya
diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq
ölmüşdür.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal
etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır,
milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Tağıyevin də əmlakı müsdirə edilir.
Hacı
Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101
yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.
Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən
Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba
bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: Təşəkkür edirəm, mən
nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram.
Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir. Azərbaycanda Sovet
hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı
vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.