Şrift ölçüsü:
A+
A
A-
08 Aralık 2013

İmam Zamana (əc) sual

Əllamə Hilli cümə axşamı günləri İmam Hüseynin (ə) ziyarətinə gedərdi. Yolda ərəb olan bir şəxslə rastlaşır və onunla həmsöhbət olur. Birlikdə bir az yol gedirlər. Əllamə başa düşür ki, bu bacarıqlı bir adamdır. Buna görə də bəzi elmi məsələləri irəli sürür və sonra başa düşür ki, yol yoldaşı agah və elm sahibidir.

Əllamə elmdə qarşılaşdığı bütün problemləri bir-bir o şəxsdən soruşurdu və o da onları cavablandırırdı. Beləliklə, bir məsələyə çatırlar və həmin şəxs fətva verir və Əllamə fətvanı başa düşüb deyir: “Sizin fətvanız haqda hədisimiz yoxdur.” O şəxs cavab verir: “Bu haqda hədisi Şeyx Tusi “Təhzib” kitabında zikr edib. Siz əvvəl o kitabı bir qədər vərəqləyin, filan səhifədə və filan sətirdə o hədislə rastlaşacaqsan.”

Əllamə çox təəccüblənir ki, bu şəxs kimdir ki, bu qədər elmlidir?

Bu anda Əllamə o şəxsdən soruşur: “Görəsən qeybəti-kubra zamanında İmam Zamanla (əc) görüşmək olar, ya yox?” Bu zaman Əllamənin əlindəki qırmanc yerə düşür. O böyük şəxsiyyət əyilərək qırmancı götürüb Əllamənin əlinə verib buyurur: “Necə İmam Zamanı görə bilməzsən ki, onun əli sənin əllərinin arasındadır?!”

Bu vaxt Əllamə ixtiyarsız özünü atdan aşağı atır. O həzrətin (əc) ayağını öpmək istəyəndə özündən gedir. Huşa gələndən sonra heç kimi görmür. Evə qayıdıb Təhizb kitabına müraciət edir o hədisi həmin səhifə və o həzrətin buyurduğu sətirdə olduğunu görür.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov
1704 بازدید
در حال ارسال اطلاعات...